Sevginiz sizdə qalmasın…

1
46

sevgiSevgi vacibdir. Ancaq sevməklə də qalmayın. Bunu ifadə etməyə çalışın. Sevgini ifadə etmək üçün isə ən yaxşı yol sevdiyini sevdiyinə deməkdir. Bəzən kiçik bir hədiyyə, bəzən kiçik bir təbəssüm də sevginin ifadəsidir. Ancaq nə yazıq ki, çoxlarımız sevgimizi ifadə edə bilmirik. Ya da sevgimizi ifadə etməkdə çətinlik çəkirik. Sonra da “Kaş ki…” deyirik…

Elə isə lap bu gün, lap bu saat atanıza, ananıza, ailənizə, dostlarınıza onları nə qədər sevdiyinizi deyin. Onların sizin üçün nə qədər qiymətli olduğunu bildirin. Bəlkə də bu günə qədər sizə sevdiklərini demədilər. Ancaq onların sizi nə qədər sevdiyini unutmayın. Və sevginizi bölüşün. Sevginizin tükənməyindən də qorxmayın. Çünki sevgi bölüşdükcə artır; kədər bölüşdükcə azaldığı kimi…

zaman.az

1 comment

  1. En ali sevgiler bizi Yaradn Uca Allahadir.Inanin eziz dostlar onu sevdikce qelbiniz o qeder saflasacaq ki sizi sevmeyeni bele seve bileceksiz.Sevin ki sizi de sevsinler.

Comments are closed.