Seyyid Şahmərdan. Məhəmməd Peyğəmbərin (sas) nəslindən olan Seyyid Şahmərdan XII əsrin sonu – XIII əsrin əvvəllərində İranın Gilan şəhərində anadan olmuşdur. Babası Əbdül-Qadir Gilani XI əsrin ən böyük övliyası olmuş, dövrünün tanınmış alimlərindən biri olmuşdur.
Seyyid Şahimərdan gənc yaşlarında ailəlikcə Gilandan Azərbaycanın Quba mahalına köçmüşdür. Bir müddət burada yaşadıqdan sonra Kür çayının sahilinə, Şeyx Üveys əl-Qaraninin (ra) qəbrinin yaxınlığına – indiki Seyidlər kəndinin ərazisinə köçmüşdür. Bu zaman onunla birlikdə öz nəslindən olan 5 ailə gəlmişdir. Bir müddət sonra vəfat edən övliya burada dəfn olunmuşdur. Hal-hazırda onun qəbri Zərdab rayonunun Yuxarı Seyidlər kəndində, Kür çayının sol sahilində, Şeyx Üveys əs-Qaraninin qəbrinin 5 kilometrliyindədir (1; 15, 149-150; 16).
Əliyev Taleh Vasif oğlu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, dissertant.
Xüsusi olaraq Zerdab.com üçün.
Çox sağ ol Taleh müəllim! Əllərinə və beyninə sağlıq. Bu növ araşdırmalarınlz çox dəyərlidir və bizi çox təsirləndirir.
vASİF MÜƏLLİM ÇOX SAG OLUN Kİ BELƏ BİR TƏDQİQATLA MƏŞGUL OLURSUNUZ.SİZƏ BU İŞLƏRİNİZDƏ UGURLAR ARZULAYIRAM.
Comments are closed.