Zerdab.com saytının təsisçisi və redaktoru Nicat İsmayılovla müsahibə.
– Nicat müəllim, Zerdab.com saytı ilə bağlı bizə məlumat verməyinizi istərdik. Zerdab.com saytının açılmasında məqsəd nədir?
– Təbii ki, belə bir sualı cavablandırıramsa, mən ilk növbədə www.zardab.com.az saytını xatırlamalıyam. Əks təqdirdə, bu, vəfasızlıq olardı. Bildiyiniz kimi, son dövrlərədək belə bir sayt olub və mən də orada təsisçi Cəmil Əsədovun təşəbbüsü ilə redaktor olmuşam. Həmin saytdan çox şey öyrənmişəm. Cəmil müəllimə belə bir sayt açdığına və çəkdiyi zəhmətə görə böyük təşəkkür düşür. Çünki heç bir təmənna güdmədən əlindəki imkanlardan yararlanmaqla virtual aləmdə “Zərdab” formalaşdırmışdı. Bu gün də həmin sayt unudulmayıb və əksəriyyət tərəfindən xatırlanır. Mən ümid edirəm ki, zardab.com.az yenidən fəaliyyətə başlayacaq. Cəmil müəllim həmin sayta daha çox maarifləndirmə məqsədi ilə yanaşırdısa, mən bir jurnalist kimi operativliyin tərəfdarı idim. Yəni hər ikisi olmalı idi. Çünki sayt varsa və rayonda hansısa hadisə baş veribsə, oxucu internetə daxil olub həmin an məlumatı oxuya, öyrənə bilməlidir. Heyif ki, işin çoxluğu səbəbindən bu mümkün olmurdu. Saytın fəaliyyətində texniki problemlər meydana gələndən sonra belə bir qərara gəldim ki, rayonumuzla bağlı bir sayt açım. Yaxın dostların əzab-əziyyəti və texniki köməkliyi sayəsində Zerdab.com saytının ilkin bazası formalaşdırıldı. Yeri gəlmişkən, bu işdə bizə köməklik göstərən dostum Yusif Süleymanlıya səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Mən işimlə əlaqədar olaraq sayta istədiyim qədər vaxt ayıra bilmirəm. Lakin yenə də əməyimizin nəticəsi isə göz önündədir: hər gün saytımıza, onun sosial şəbəkədəki səhifəsinə minlərlə insan daxil olur. Saytın açılmasında kənardan heç kimin maddi yardımı olmayıb. Bütün xərcləri özüm çəkmişəm. Bütün bunlar isə doğma rayonuma olan sevgidən qaynaqlanır.
İnternetin bir çox üstünlükləri var, məsələn, dünyanın müxtəlif bölgələrində yaşayan 100 nəfər düşünün. Onlar eyni vaxtda saytımıza daxil olub min kilometrlərlə uzaq məsafədə yerləşən Zərdabda baş vermiş bir hadisədən həmin an xəbərdar ola bilirlər. Ən böyük üstünlüyümüz budur. Müasir dövr kompyuter, internet dövrüdür. Odur ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir şəxs ona lazım olan məlumatı buradan tapmalıdır. Zərdab rayonunun saytını açmaq ideyası da buradan formalaşdı. Elə biri mən özüm-sayt açılana qədər həmişə maraqlanırdım ki, görəsən, rayonumuzda nələr baş verir və s. Fikirləşirdim ki, sayt olsa, bu xəbərlər bizə çatdırılsa, məmnuniyyətlə oxuyaram. Eləcədə mənim kimi düşünən yüzlərlə, minlərlə insan var. Bu gün zərdablıların müəyyən bir hissəsi xaricdə, həmçinin ölkəmizin müxtəlif şəhərlərində yaşayır. Harada yaşamalarından asılı olmayaraq, onlar doğma elə, yurda bağlıdırlar. Bu bağlılıqda internetin də müəyyən rolu var ki, Zerdab.com saytı həmin boşluğu doldurmağa çalışır. Eləcə də digər səbəblər var – gənclər saytımız vasitəsi ilə rayonumuzun tarixini öyrənirlər, ziyalılarını tanıyırlar və s.
Xəbərləri, yazıları, fotoları sosial şəbəkədə paylaşırıq. Maraqlananlar oxuyurlar, münasibət bildirirlər, rəy yazırlar və s. Hər şey daha da yaxşı olacaq, inşallah.
– Zerdab.com saytına Azərbaycanın ilk peşəkar region saytıdır…
– Fəxrlə deyə bilərik ki, Zerdab.com saytı Azərbaycanda yeniliyə imza atıb. Əgər Həsən bəy Zərdabi Azərbaycanda mətbuatın əsasını qoymuşdusa, biz də Zerdab.com saytı ilə başqa bir yeniliyə imza atdıq. Bəli, Zerdab.com saytı Azərbaycanın ilk peşəkar region saytıdır.
– Materialları hardan alırsınız?
– Bizim əlimizdə zəngin materiallar var. Bu, Zərdabla bağlı müxtəlif kitablar, internet materialları, görülmüş işlərlə göndərilən xəbərlər və s. Onlardan yararlanırıq. Zerdab.com saytının sorağı qısa müddətdə hər yerə yayılıb, həmyerlilərimizin çoxu bundan xəbərdardılar, davamlı izləyirlər.
– Saytda əslən Zərdab rayonundan olan, hazırda isə ölkəmizin nüfuzlu ali təhsil ocaqlarında və digər dövlət qurumlarında çalışan ziyalılarla bağlı məlumatlar yerləşdirilir…
– Bir çox məlumatları ziyalıların yaxınları, özləri təqdim edirlər, bir çoxunu özümüz zəng vurub istəyirik. Belə məlumatlar həm dəyərli ziyalılarımızı oxucularımıza tanıdır, həm də onlar bir-birlərini tanıyırlar. Bu gün yüzlərlə ziyalımız müxtəlif vəzifələrdə çalışırlar. Lakin çoxumuz onları tanımırıq. Bizim əsas missiyalarımızdan biri də onları özümüzünkülərə tanıtmaqdır.
– Kimlərinsə bu və ya digər mənada Zerdab.com saytının adından istifadəsi mümkündürmü?
– Əvvəla qeyd edim ki, saytda yerləşdirilən hər bir yazıya görə özüm şəxsən məsuliyyət daşıyıram. Əgər görsəm ki, hansısa yazıda nə isə çatışmazlıq var onun sayta yerləşdirilməsinə imkan vermərəm. O ki qaldı saytın adından kimlərinsə istifadə etməsinə, əgər belə bir halla rastlaşarıqsa, ictimaiyyətə mütləq bu barədə məlumat verərik, lazım gəlsə, hüquq-mühafizə orqanlarına da müraciət edərik.
Zerdab.com
uğurlar Nicat bəy.
Nicat bəy az vaxtda rayonumuzun tanıdılmasında xeyli iş görüb.Be-
lə saytın yaradılmasına çoxdan ehtiyac var idi. Saytdakı materiallar
bütün sahələri əhatə etməklə, yüksək peşəkarlıqla hazırlanır.Nicat bəy kimi istedadlı gənclər bizim fəxrimizdir.
ALLAH SENI QORUSUN QARDAS!
Mende Nicat qardasha uqurlar arzu edirem,Zerdabdan cixan taninmish shexsiyyetler barede melumatlar rubrikasi xususi terife layiqdi.bir necesini men yazmisham,birinide xatirladiram,dunya shohretli oftolmoloq Cingiz Cerullazade,bu shexsiyyetler barede genish meqleler derc edin ,oxucularda melumatlansinlar.
Eldeniz müellim, size teşekkür edirik. Çingiz Cerullazade ile müsahibe saytımızda yayımlanıb. Aşağıdakı linke daxil olub hemin müsahibeni saytımızda oxuya bilersiniz.
http://www.zerdab.com/?p=572
Ugurlar arzulayiram Nicat bay biz sizinla faxr edirik
Comments are closed.