Müəllim… Bizə elmi, həyatı öyrədən insan. Müəllimlər var ki, öz işlərinin peşəkar bilicisidirlər, tədris etdikləri fənləri hər xırdalıqlarına qədər bilirlər və illərdir sözün həqiqi mənasında bu sahədə can qoyurlar. Azərbaycanın müxtəlif şəhər və kəndlərində fəaliyyət göstərən belə müəllimlər cəmiyyətimizin əsas dayaq sütunlarıdırlar.
Ümummilli liderimiz Heydər Əliyev müəllimlər haqqında deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Bəli, bu fotosessiyamızı məhz belə insanlardan birinə – Zərdab rayonunun Pərvanlı kənd orta mətəbində 35 ildir ki, Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edən, yetişdirdiyi şagirdlərin səsi-sorağı Azərbaycanımızın müxtəlif ali məktəblərindən, iş yerlərindən gələn, işinin ustadı İntiqam İsmayılovun dərs prossesinə həsr etmişik…
Fürsətdən istifadə edib İntiqam müəllimə uzun ömür, cansağlığı, həm şəxsi həyatında, həm də işlərində uğurlar arzu edirik.
Sevinc Vaqifqızı, Zerdab.com
Hörmətli müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram. Məhz İntiqam İsmayılov kimi pedaqoqlarımızın xidməti sayəsində müəllimlərimizi ” ideologiyamızın qızıl fondu ” adlandırırlar.
Ay dayi Allah sene can sagligi nesib etsin.Sen bizim fexrimizsen
12-ci sekildeki tebessumuncun cox darixmisam dayican.35 il az vaxt deyil.Allahdan en boyuk arzumuz Azerbaycan Respublikasinin “Emekdar muellimi”fexri adina layiq gorulesen.Bu xeberi de dogma saytimizdan oxumaq isteyirik uca Allahin nesibiyle.En semimi ve xos arzularla….
Dayi Allah seni ucalardan uca etsin.Heqiqetende cox istedadli muellimdir.Cekdiyi resmleri, ifa etdiyi musiqi aletlerini demirem.
Azərbaycanın ilk ali təhsilli müəllimi olmuş dahi mütəfəkkir Həsən bəy Zərdabi yurdunun övladı, İntiqam müəllim, bilin ki, Sizin və Sizin kimi pedaqoqlarımızın gənc nəslin təlim-tərbiyəsi, yetişdirilməsi, onların həyata vəsiqə alması yolunda göstərdiyi xidmətlər heç vaxt unudulmayacaqdır.
Təbii ki, bu yolda göstərmiş olduğunuz əməli fəaliyyətiniz hər bir Azərbaycan ziyalısı, dərs dediyiniz, ölkənin müxtəlif regionlarında müxtəlif sahələrdə çalışan yetirmələriniz tərəfindən xoş arzu və istəklərlə xatırlanır.
Eyni zamanda Sizin kimi cəfakeş müəllimlərin əməyi Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının diqqət və qayğısından kənarda qalmamaqla lazımınca dəyərləndirilir.
Hörmətli İntiqam müəllim, 35 il ərzində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmək, mən deyərdim ki, bir ömrə bərabərdir. Sizə xoş əhval-ruhiyyə, möhkəm can sağlığı arzu edirəm.
Hörmətlə, həmyerliniz Eldəniz Həsənov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı
Comments are closed.