Zərdab Rayon Polis Şöbəsində anım tədbiri

0
55

Zərdab Rayon Polis ŞöbəsiZərdab Rayon Polis şöbəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə yığıncaq keçirildi. Şöbənin şəxsi heyəti tərəfindən Ulu  öndərin  heykəli  önünə tər çiçəklər  qoyulduqdan və Heydər  Əliyev Mərkəzi ilə tanışlıqdan sonra yığıncaq Zərdab Rayon Polis Şöbəsinin ötən il istifadəyə verilmiş yeni binasında davam etdirildi. Yığıncağı  giriş  sözü  ilə  Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov açaraq  ulu öndərin həyat  və  fəaliyyəti haqqında məlumat verdi. O, 1993-cü ilin iyununda müstəqilliyinin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışında gördüyünü, ümummilli liderimizin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının qısa müddətdə həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırlıldığını, kriminogen durumun nəzarətə götürüldüyünü, ölkəmizdə sabitliyin bərpa olunduğunu vurğuladı.

Elnur Həsənov bütün varlığı ilə Vətəninə bağlı olan müdrik dövlət xadimi Heydər Əliyevin xalqımıza zəngin bir irs qoyub getdiyini xatırlatdı, bu tədbirlərin Azərbaycan dövlətçiliyinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasətinə olan sonsuz hörmət və ehtiramın ifadəsi olduğunu qeyd etdi.

Yığıncaqda çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərdən söz açdılar. Onlar ulu öndərin Azərbaycan xalqının qəlbində daim yaşayacağını qeyd etdilər.

Zərdab Rayon Polis Şöbəsi