Zərdabda Şuşanın işğal günü ilə əlaqədar tədbir keçirildi

7
40

Şuşanın işğalıZərdab şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 39 saylı Gənclər kitabxanasında Şuşanın işğal günü ilə əlaqədar tədbir keçirdi. Tədbiri kitabxananın müdiri Səidə Xəlilova açdı. Bildirdi ki, bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri Şuşa şəhərimizdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atıblar.

Kitabxanaçı Gülxanım Vəliyeva Azərbaycanın dilbər bölgələrindən biri olan Şuşa şəhərinin işğalı haqqında geniş məlumat verdi.

Veteranlar Kulubunun müdiri Sevinc Hüseynova və Qızıl Aypara Cəmiyyətinin işçisi Tamilla İsmayılova da Şuşanın işğalı haqqında fikirlərini bildirdilər. Tədbirdə “Əkinçi” qəzetinin işçisi Xəyalə Səfərova və inzibati binanın işçiləri də iştirak edirdilər.

39 saylı Gənclər Kitabxana filialının işçisi Rəhimə RəhimliŞuşanın işğalı

7 ŞƏRH

  1. Mən arzu edərdim ki,torpaqlarımız tezliklə alınsın.Azərbaycan bayrağı Şuşa şəhərində dalğalansın.Tədbiri keçirənlərə də öz dərin təşəkürümü bildirirəm.

  2. Nəinki Şuşamız,arzu edirəm ki,bütün işğal olunmuş torpaqlarımız geri qaytarılsın.Vətən həsrəti çəkən xalqımız bir gün yurd-yuvalarına qovuşsunlar.Sizdə unutmadığınıza görə təşəkkürlər.

  3. Tədbirdə iştirak etdim. Tədbir çox maraqlı keçdi. İştirakçılar öz çıxışları ilə bizə Şuşamızı bir daha xatırlatdılar. Arzu edirəm ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Tədbiri təşkil edənlərə öz təşəkkürümü bildirirəm.

  4. Mende bir Azərbaycanlı kimi arzu edirem ki bütün torpaqlarımız geri qaytarılsın neinki şuşamız bütün işğalda olunan torpaqlarımız .Men bu tedbiri teşkil eden 39 saylı filyalın işçilərinə təşəkkür edirem.

  5. Wuwa bizim sagalmaz yaramizdi Gulxanim xanim bele gozel tedbir ucun cox sag ol

  6. Bütün torpaqlarımız ermənilərdən alınsın.Və üçrəngli bayrağımız Qarabağımızda yüksək zirvələrdə dalğalansın.Tədbiri təşkil edənlərə təşəkkürlər.

Comments are closed.