Həsən bəy Zərdabi muzeyində Azərbaycan xalqının görkəmli oğlu Həsən Bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Məlikovanın doğum gününün 158-ci ildönümü qeyd edildi. Tədbir iştirakçıları əvvləcə Hənifə xanım Məlikovaya həsr edilmiş sərgi ilə tanış oldular. Tədbiri Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova görüş sözü ilə açaraq bu fədakar qadının misilsiz xidmətlərindən danışdı. Tədbirdə muzeyin işçiləri T. Qurbanova, T. Məmmədova Həsən bəy Zərdabi və onun ailə üzvlərinin həyat və fəaliyyətinin maraqlı məqamlarından söz açdılar. Tədbirdə Gəlmə kənd orta məktəbinin V sinif şagirdlərinin çıxışları və onların ifasında şeirlər səsləndi. Qonaqlardan Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ş. Mustafayeva, “Əkinçi” qəzetinin əməkdaşı T.Abdullayeva çıxış edərək öz ürək sözlərini söylədilər.
Həsən bəy Zərdabi muzeyi
Hənifə xanım Məlikova Həsən bəy Zərdabinin şəxsi və ictimai həyatının ” çırağıdır “. Bu çırağn işığı təkcə Həsən bəyin həyatını deyil , həm də jurnalistikamızın keşməkeşli yollarını nurlandırıb. Allah hər iki cəfakeşə rəhmət eləsin !
Comments are closed.