Zərdabda siqaret əleyhinə maarifləndirici tədbirlərə başlanıb

0
45

Gəncliyə Dəstək İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ötən il (sentyabr-oktyabr 2013-cü il tarixlərində) icra etdiyi “İdman tütünə qarşı” adlı layihənin davamlılığını təmin etmək məqsədi ilə Zərdab rayonu ərazisində məlumatlandırıcı tədbirlərə başlayıb. Bu məqsədlə 2014-cü ilin aprel ayında layihəyə uyğun olaraq gənclərin tütün və tütün məmulatlarına əlçatanlığının qarşısının alınması, əhali arasında geniş məlumatlandırma və maarifləndirmə işi aparılması üçün ticarət obyektlərində, uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışının qadağan olmasını xatırladan lövhələr və bannerlər yerləşdirilib və gənclər arasında bukletlər paylanıb.

Lövhələrdə 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan olunduğu və İnzibati Xətalar Məcəlləsində bu hala görə cərimə nəzərdə tutulduğu göstərilib. Əhali məlumatlandırılan zamanı o da məlum olub ki, bəzi insanlar, hətta ticarət-iaşə obyektlərinin sahibləri, işçiləri də bu barədə məlumatsızdırlar. Bu məlumatlandırmaya görə onlar bizə və bu tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, gənclərə paylanan bukletlərdə siqaretin yaratdığı xəstəliklər və onun zərərləri, siqaretin tərkibində olan zəhərli maddələr haqqında bilgilər də öz əksini tapıb.

“Gəncliyə Dəstək” İctimai BirliyiGəncliyə Dəstək İctimai BirliyiGəncliyə Dəstək İctimai Birliyi