Zərdabda Ulu öndərin fəaliyyəti ilə bağlı açıq dərslərə yekun vuruldu

0
44

Zərdab Rayon Təhsil ŞöbəsiZərdabdakı Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris olunan “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslərə yekun vuruldu. Tədris prosesinə Zərdab Rayon Təhsil  Şöbəsini müdiri, filologiya elmləri doktoru Baba Babayevin rəhbərliyi ilə yüksək peşəkarlığı, elmi-nəzəri biliyi, metodiki hazırlığı ilə fərqlənən qabaqcıl müəllimlər cəlb edilmişlər. Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev müntəzəm olaraq dərslərdə iştirak etmiş, ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan geniş bəhs etmişdir. Dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri şagirdlərin nəzərinə çatdırılmışdır. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev dərslərin daha mütəşəkkil keçirilməsi üçün qayğısını əsirgəməmişdir.

Rayonun təcrübəli müəllimləri tərəfindən tədris edilən dərslər canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçib.
Ümummilli liderin həyatının Moskva illəri ilə bağlı məlumatları diqqətlə dinləyən şagirdlər xüsusilə Ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra fəaliyyəti ilə əlaqədar məlumatlara böyük maraq göstəriblər. Məlumat verilib ki, dahi rəhbər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində demək olar ki, sahibsiz qalmış Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti ölçüyəgəlməz olub. Xalqımızın bu böyük oğlunun fədakarlığı və uzaqgörənliyi sayəsində mövcud problemlər aradan qaldırılıb və ölkəmiz inkişaf yoluna çıxıb. Ulu öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasətləri və məqsədyönlü fəaliyyətləri nəticəsində bu gün Azərbaycan iqtisadi və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib.
Bütün bu məsələlər barədə ətraflı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

                                                                                                                                                   Zərdab Rayon Təhsil Şöbəsi