Zərdabın iki qədim yaşayış məskəni barədə bilmədiklərimiz

0
100

Xasa arxı yaşayış yeri. IX – XIII əsrlərə aid yaşayış yeri Körpükənd yaxınlığında yerləşir. “Xasa arxı” adlana arxın üstündə olan bu kənd tipli yaşayış yerinin indi ancaq adı var. 2013-cü ildə aparılmış arxeoloji tədqiqat işləri burada 120 kv.metrlik ərazidə yaşayış yerinin qalığının olduğunu söyləməyə əsas verir (1).

Gümüşlü yaşayış yeri. Şirvanşahlar dövlətinin tərkib hissəsi olmuş Zərdab rayonunun cənub-qərb hissəsində IX – XIII əsrlərə aid Gümüşlü yaşayış yerində arxeoloji tədqiqat işləri 2013-cü ildə aparılmışdır. Ərazi Qoruqbağı, Sarıqaya, Körpükənd və Məlikli kəndlərinin əkin sahəsidir. Gümüşlü yaşayış yerində 2013-cü ildə aparılmış arxeoloji kəşfiyyat və çöl-tədqiqat işləri nəticəsində burada 250 kv.metrlik ərazidə kəndtipli yaşayış yerinin olduğunu göstərmişdir. Əldə olunan materiallara əsasən, yaşayış yerində dulusçuluğun, metalişləmənin və digər sənət sahələrinin inkişaf etdiyini söyləmək olar.

Əliyev Taleh Vasif oğlu,

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, dissertant.