Zərdabın Gəlmə kəndinin cəsurları Azərbaycan birincisi oldu

4
42

CəsurlarBakı şəhərində gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Cəsurlar” Hərbi İdman və Turizm oyunlarının final mərhələsi keçirilib. Zerdab.com saytına verilən xəbərə görə, Zərdab rayonunu təmsil edən Gəlmə kənd tam orta məktəbinin komandası bütün rəqiblərini geridə qoyaraq rayonumuzun və kənd məktəbinin tarixində ikinci dəfə olaraq I yerə layiq görülüb. Komandamıza Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin diplom, kubok və xatirə hədiyyələri təqdim olunub. Bu yüksək nailiyyətə görə komandamızı, məktəbin direktoru Gülağa İsgəndərovu, Zərdab rayonu Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyevi təbrik edirik!

Məlumat ücün bildiririk ki, Gəlmə kəndi tam orta məktəbinin komandası 2009-cu il tarixində də eyni nəticəni əldə etmişdi.

Zerdab.com

Cəsurlar

4 ŞƏRH

  1. esq olsun Zerdab
    genclerine,hemise ustunlukleri ile onde olublar !!!

  2. bu maktabin komandasin hazirlayan muallima esq olsun.har il yuksak natica verir.amayi olan har kasa tasakkurlar.

  3. Eşq olsun Zerdbalı genclerimize biz fexr etmeliyik ki bele genclerimiz var

  4. tebrikedirem alah elesin budanda boyuk naliyetderiniz olsun birdaha sizi tebrik edirem

Comments are closed.