Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi “Ailələrə məktub” payladı

1
65

Zərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində “Erkən nikah və qadınlara qarşı zorakılıq insan hüquqlarının pozulmasıdır” adlı tədbir keçirilib. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova erkən nikah və onun fəsadları haqqında danışıb. Azərbaycanın bəzi rayonlarında azyaşlı qızların ərə verilməsi hallarından danışaraq bildirib ki, erkən nikah qadın azadlığını məhdudlaşdıran və zorakılığa yol açan ən böyük bəladır: “Ona görə də bizim Mərkəz bunların qarşısını almaq üçün daim məktəblərdə maarifləndirici tədbirlər keçirir”.

Mərkəzin metodisti Ləman Səfərəliyeva öz çıxışında qeyd edib ki, erkən nikahın olması uşağın psixologiyasına mənfi təsir edir: “Erkən nikah zamanı qızın təhsil hüququ pozulur. Təhsili olmayan yeniyetmə ev xanımları məişət zorakılığına məruz qalırlar və onlar peşəkar baxımdan inkişaf etməkdən məhrum olurlar. Bundan başqa, tibbə də məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Qızlar uşağı böyütməyə qadir olmalıdırlar. Hətta ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə sahib ola bilməzlər”.

Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə çəkilən “Satılmış həyat” filmi nümayiş olunub və iştirakçılara Komitənin göndərdiyi “Ailələrə məktub”  paylanılıb.

Zerdab.comZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

1 comment

  1. ondansa hər gün hüquqları pozulan müəllimələrin,tərbiyəçilərin həkimlərin dövlət qulluğunda işləyən onlarıa qadını məişət zorakılğından qurtarmaq barədə tədbir keçirin.hamsının maaşın yüz bəhanə ilə tutub əllərindən alırlar.

Comments are closed.