Məlikumudlu yaşayış yeri. Şirvanın Xançoban mahalının naibinin adını daşıyan ərazi ümumən Zərdabın mərkəzi ərazisində yerləşir. Məlikumudlu kəndi yaxınlığındakı yaşayış məskənində torpaq işləri görülərkən bəzək əşyaları, qırmanc dəstəyi, əsa başı, Atabəylərə aid sikkələr tapanlar olmuşdur (Tablo 9).
Tədqiqatlar nəticəsində ərazidə IX – XIII əsrlərdə kənd tipli yaşayış yerinin olduğu müəyyənləşdirilmişdir. Arxeoloji materiallar burada əkinçilik, maldarlıq və sənətkarlığın bu dövrdə inkişaf etdiyini göstərir.
Əliyev Taleh Vasif oğlu,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi