AĞLAMA BÜLBÜL…
Allı-güllü bağlar soldu,
Keçən keçdi, olan oldu,
Nə dedim ki, gözün doldu,
Ağlama bülbül, ağlama.
***
Tanrıdır taxta mindirən,
Həm qaldıran, həm endirən,
Dərddi səni dilləndirən,
Ağlama bülbül, ağlama.
***
Qərənfil, sil göz yaşını,
Bənövşə, dik tut başını,
At yazıqlığın daşını,
Ağlama bülbül, ağlama.
***
Körpəlikdən uydun yada,
Sevdiyini saldın oda,
Göz yaşları çatmaz dada,
Ağlama bülbül, ağlama.
***
Dərd həmdərdlə ağır olmaz,
Dil bir belə yağır olmaz,
Quş bu qədər fağır olmaz,
Ağlama bülbül, ağlama.
***
Payız gəlir, qəm gətirir,
Bağlar solur, gül itirir,
Göz yaşın kədər gətirir,
Ağlama bülbül, ağlama.
***
Əzəldən gülmədi üzün,
Döndü zülmətə gündüzün,
Bəsdi, tutulacaq gözün,
Ağlama bülbül, ağlama.
***
Bu dünyada azdır qanan,
Çoxalıbdır əhdin danan,
Olmayacaq sənə yanan,
Ağlama bülbül, ağlama.
***
Eşq yolunda olsa ölən,
İsaməddin, olmaz bilən,
Göz yaşını kimdi silən,
Ağlama bülbül, ağlama.
İsaməddin müəllim,Sizə yeni-yeni yaradıclılıq uğurları arzulayırıq.
ÇOX SAĞ OLUN! MKS-NİN TİMSALINDA BÜTÜN OXUCULARA VƏ ZERDAB.COM-UN KOLLEKTİVİNƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
Comments are closed.