Allah bizi insan kimi yaratdı. Bizə yemək-içmək ehtiyacını verdi. Ancaq biz yeməyə, içməyə ehtiyacımız olduğu kimi inanmağa da ehtiyacımız olduğunu unutduq. Unutduq ki, acmağımız, susamağımız çörəyin, suyun varlığından xəbər verdiyi kimi inanmaq istəyimiz də Sonsuz Qüdrət Sahibinin varlığından xəbər verir.
Ancaq onlar unutmadılar. Unutmadıqları üçün də inandılar. Çünki onlar həqiqi alim idilər. Həqiqi alimlər isə mütləq inanırlar.
Eynşteyn: “Biz əlbəttə ki, Rəbbimizi görə bilmirik. Çünki sonsuz ölçülərdən xəbərimiz yoxdur. Ancaq Onun varlığı sözsüzdür və hər birimizi bir vəzifə ilə yaratmışdır”.
Edison bir kəşfi ilə bağlı verilən suala belə cavab verir: “Heç bir kəşf otların torpağı yarıb çıxması qədər möcüzəli deyil. Çünki mənə görə otlar Allahın ən böyük möcüzəsidir”.
Pastor: “Mikroblardakı incəsənəti gördükdən sonra Sonsuz Qüdrət Sahibinin varlığına inanmamaq mümkün deyil”.
Filkenşteyn: “Zəka özünü dərk edə bilməz. Zəkanı ondan üstün bir zəka dərk edə bilər ki, o da ancaq Allaha məxsusdur”.
Sokrat Aristotelə müraciətlə deyirdi: “Kainatın yaradılışındakı hikməti görürsənmi? Onun yaratdığı bütün əsərlər sənət və nizamdan xəbər verir”.
Kant: “Görünən hər şey Görünməyənin kölgəsidir”.
Oskar Uayld. Bu məşhur ingilis yazıçısı son günlərində yazdığı bir məktubda deyirdi: “İnanmaq, həm də tam bir təslimiyyətlə inanmaq nə qədər böyük səadət imiş. Həyatımı boş şübhələrlə xərclədiyim üçün nə qədər ağılsızlıq etdiyimi indi daha yaxşı başa düşürəm”.
Paskal: “Şübhəsiz ki, Allah var. Ancaq insan o kiçik zəkası ilə Allahın varlığını tam mənası ilə dərk edə bilməz”.
Hazırladı: Nərmin İlqarqızı/ www.zerdab.com