Zərdab Rayon Mədəniyyət Evində şairlərlə görüş keçirildi – FOTO

0
51

Zərdab Rayon Mədəniyyət Evi21 mart Poeziya Günü ilə əlaqədar Zərdab Rayon Mədəniyyət Evində “Poeziya klubu”nun üzvlərinin şairlərlə görüşü keçirildi. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə şairlərdən Zabit Davudov, Vəzir Bəlalı, Mirağa Bağırov, Nazim Əkbər, Fərhad Eldayaq, Əlniyyət Əliyev, Tapdıq  Qoçulu, Fərqanə Misgərqızı, Mübariz Səfiyaroğlu, gənc şairə Züleyxa Teyyubova iştirak etdilər.

Tədbiri giriş sözü ilə Mədəniyyət Evinin direktoru Elyura Məmmədova açaraq ilk sözü “Əkinçi” qəzetinin redaktoru, istedadlı yazarımız İsaməddin Əhmədova verdi. İsaməddin müəllim poeziyadan, şeir aləmindən söhbət açdı. Daha sonra söz şair və şairələrə verildi. Məclisdə müğənni Nazim Həsənov və aşıq Müttəlibin ifasında gözəl musiqilər və el havaları səsləndi. Rayon Mədəniyyət Evinin işçisi, istedadlı musiqiçi Müşviq Nəbiyevin və Əbülfət Abdulhüseynlinin ifalarında canlı musiqilər də səsləndirildi.

Zerdab.comZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət EviZərdab Rayon Mədəniyyət Evi