Solğun bənizinlə yenə gülürsən,
Yenə başındadır cavanlıq dəmi,
Bəlkə də xoşbəxtsən elə bilirsən.
***
Sən daş-qaş içində, gözü nəmlisən,
Min ilin kədəri yağır üzündən,
Elə fikirlisən, elə qəmlisən,
Elə bil çıxmısan dərd dənizindən.
***
Sən daş-qaş içində, gözlərin yaşdı,
Gülsən də üzünə qəm çöküb yenə,
Boyun-boğazından asılan daşdı,
Qızıl zəncir-üzük yük olub sənə.
***
Yaman yad olmusan, yaman yad indi,
Bir zaman sansam da Gün-Ayım səni,
Qızıl yük altından çıxmaq çətindi,
Mənim nə haqqım var qınayım səni?
***
Yenə yuxularda görürəm səni,
Yenə danışırsan, yenə gülürsən,
Birdən gətirirsən dumanı, çəni,
Diricə qəbirə girib ölürsən.
***
Əllərin uzana qalır yuxuda,
Hərdən göz yaşın da axır gizlicə,
Sənə ağır cəza göndərib Xuda,
Həsrətdən ölürsən diri gözlücə…
MÜƏLLİF: İSAMƏDDİN ƏHMƏDOV
Allah her kesi sevgisine qovusdursun qovusmayanlara ise xosbext bir omur nesib etsin ki bu acilari uda-uda yasaya bilsin
Comments are closed.