İsaməddin Əhmədov yazır: “İLK MƏHƏBBƏT XATİRƏDİ…”

2
71

ilk məhəbbət İlk məhəbbət xatirədi,

Kim tapa, kim itirədi,

Dedim, ürəyim titrədi,

Yaddaşdan da silmək olmur.

 ***

Şeytandı, girdi araya,

Baxıb, ağ dedin qaraya,

Canmı dözər bu sevdaya?

Neyləyim ki, ölmək olmur.

 ***

Şeytan mənim içimdəymiş,

Karvanımda, köçümdəymiş,

Adamla bir biçimdəymiş,

Niyyətini bilmək olmur.

 ***

Həvva bizi saldı qana,

Üryan düşdü bu cahana,

Bağışla, bağışla ana,

Gülməliyə gülmək olmur.

 ***

Qəbrim kaş düşə gen yerə,

Görən, yozmaya min yerə,

Xəyalım, göydən en yerə,

Yer uzaqdı, gəlmək olmur.

 ***

İsaməddin, getdi hacı,

Ağla indi acı-acı,

Lovğalanma, dar ağacı,

Bu kəndirdən ilmək olmur.

Müəllif: İsaməddin Əhmədov

http://www.youtube.com/watch?v=gLtov0KJ0so

2 ŞƏRH

  1. Hörmətli İsaməddin müəllim.Zərdabi yurdunun yazarı kimi sizə öz minnətdarlığımızı bildiririk.Yerli mətbuatımızda dərc olunan şerlərinizi, məqalələrinizi daima izləyirik.Sizə bütün kitabxana işçiləri adından təşəkkür edirik, və nəşr olunmuş kitablarınızı kitabxanamızda görmək istəyirik.

  2. ÇOX SAĞ OLUN, DƏRİN MİNNƏTDARLIĞIMI BİLDİRİREM BÜTÜN KİTAB ƏHLİNƏ VƏ SHEİRSEVƏRLƏRƏ. ÜMİD EDİRƏM Kİ, şeirlər kitabımı çap etdirib ilk növbədə kitabxanınıza təqdim edəcəyəm, qismət olsa inşallah…
    NİCAT BƏYƏ DƏ TƏŞƏKKÜRLƏR, ZƏHMƏTİNƏ, FƏDAKARLIĞINA GÖRƏ…

Comments are closed.