Ruh ilə bədən arasındakı əlaqə necədir?

1
54

təbiətRuh ilə bədən arasındakı əlaqə səslə məna arasındakı əlaqəyə oxşayır. Səs mənanın bədəni, məna səsin ruhudur. Bu ruh o bədənin nə sağındadır, nə solunda, nə içindədir, nə xaricində… Məna, həyatını davam etdirmək üçün səsə möhtac deyil. O, yaddaşda səssizcə dayanar, beyində gurultusuz meydana gələr, ürəkdə sözsüz olar. Ancaq, görünmək və bilinmək istəsə, o zaman, səsə vəzifə düşər..

Məna səsdən əvvəl də vardı, səslə birlikdə göründü, səsdən sonra da varlığını davam etdirir.

Ruh – Allahın qanunu, bədən Onun məxluqudur. Allahın məxluqata oxşamaqdan uzaq olduğundan, yəni insanın heç bir vəchlə Allah-Təalanı fiziki baxımdan təsəvvür etmək imakanına sahib olmadığından, insan qəflətə düşməmək, doğru düşüncədən azmamaq şərtilə öz ruhunda bir çox rəbbani həqiqətlərə işarələr tapa bilər. Amma bir həqiqəti nəzərdən qaçırmamalıyıq ki, Allahı düşünəndə fiziki olaraq ağlımıza hansı obraz gəlirsə, o, Allah deyil. Allahı təsəvvür etmək insan təfəkkürü üçün mümkünsüz işdir. Çünki insan təfəkkürü məhdud, Allah isə hüdudsuzdur. Məhdud olan hüdudsuz olanı əhatə edə bilməz. Amma Allah-Təalanın bizə uca kitabı Qurani-Kərimdə Özü haqqında bildirdiyi bəzi işarələr, əlamətlər var ki, o işarələri həqiqətə tətbiq edərkən çox diqqətli olmaq lazımdır. Xəritədəki bir nöqtə, bir şəhərə işarə edər, amma o nöqtə ilə şəhər arasında bir oxşarlıq qurmaq cahillikdir. Bir yazı katibini göstərər, onun sənətinə dəlil olar, lakin katibi yazıya oxşatmaq, yaxud yazının xüsusiyyətlərində yazıçının sifətlərini axtarmaq mənasızlıqdır. Məsələyə bu şüurla nəzər etdiyimizdə, ruhumuzda bəzi həqiqətlərə işarələr tapa bilərik:

Ruh, bədən ölkəsinin yeganə sultanıdır; birdir, şəriki yoxdur.

Ruh, bədənin heç bir orqanına oxşamaz.

Ruhun şəxsə, bədənin şəxsinə oxşamadığı kimi, sifətləri də bədənin sifətlərinə oxşamaz.

Ruhun bir məsələni təfəkkür etməsi ilə, mədənin bir loxmanı yoğurması arasında oxşarlıq düşünülə bilməz.

Ruh doğulmaz, doğmaz, bədəndə məkan tutmaz. Bunlar həmişə bədənin, maddənin xüsusiyyətləridir.

Bir bədəndə iki ruh olsa, bədən fəsada gedər…

Bədənin əli ilə nə alınırsa-alınsın, təşəkkür daim ruha edilməlidir.

Ruhun bədəndəki işi, Günəşin planetlərini öz ərtafında dövr etdirməsi kimidir.

Bir hüceyrəni idarə etməklə, bütün hüceyrələri idarə etmək arasında, ruh üçün bir fərq düşünülə bilməz; birincisi ona daha yüngül, ikincisi daha çətin deyil…

Bu böyük kainat sarayı ruh üçün bir otaq kimidir. Bədən isə qəfəsdir. Ruh qəfəsdən uçduğu kimi saraydan da çıxar gedər, daha geniş aləmlərə qovuşmaq üçün sonsuzluq dediymiz dünyaya qanad açar.

www.zaman.az

1 comment

Comments are closed.