Zərdab rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə “Azərbaycan qadını-Gözəlliyə can atan böyük qəlb sahibləri” adlı ədəbi-bədii tədbir keçirildi. Zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü Mərkəzin direktoru Könül Rəhimova açaraq bayram münasibətilə tədbirə iştirakçılarını təbrik etdi. Son illərdə qadınların ictimai-siyasi həyatda fəal mövqe tutduqlarını diqqətə çatdırdı, onların ölkəmizdə elm və təhsilin inkişafındakı rolundan söhbət açdı. Qeyd etdi ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi mədəni həyatının fəal iştirakçısıdır. Azərbaycan qadınlarının bütün sahələrdə, o cümlədən mədəniyyət və incəsənətdə, təhsil və səhiyyə sahəsində yüksək peşəkarlıq göstərmələrinin dərin tarixi kökləri vardır.
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Xanım Əliyevanın dünya oftalmologiyasına çox dəyərli töhfələr verməsini qeyd edən natiq,
bu gün Azərbaycan qadınına xas olan incəlik, zəriflik, insansevərlik və mərhəmətlik cəhətlərinin Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevada təcəssüm edildiyini də xüsusi vurğuladı.
Natiq qeyd etdi ki, rayonumuzun da qadınları bu gün kişilərlə bərabər bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında, sahibkarlıqda, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əsl fədakarlıq göstərirlər.
Tədbirdə digər çıxış edənlər xanımları 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara uğurlar arzuladılar.
Sonda məktəblilərin və bağça uşaqlarının ifasında şeirlər səsləndirildi.
sizin 8 mart munasibeti ile tebrik edirem
Gözəl günlərdə gözəl insanlar xatırlanır.Gözəl insanlara gözəl arzular ünvanlanır.Bu gözəl gündə dünyanın gözəllikləri sizin olsun.Sizi və kollektivinizi 8 mart qadınlar bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, məhəbbət qəlbinizdən, sevinc gozlərinizdən, təbəssüm üzünüzdən əksik olmasın
Comments are closed.