Zərdab şəhərində “Kür” şadlıq sarayında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, tədbirdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayev 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir.
İcra başçısı çıxışında bildirmişdir ki, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilmişdir. Natiq Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışarkən bu sahədə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adını xüsusi qeyd etmişdir. Vurğulamışdır ki, ölkə Prezidentinin xanımı kimi Mehriban xanım Əliyeva, Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə paklıq və müqəddəslik rəmzi olan qadınlarımızı dünyada ləyaqətlə təmsil edir, xalqımızı başqa xalqların gözündə daim ucaldır.
Lütvəli Babayev həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan zərdablı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, təhsil, səhiyyə, mədəniyyət sahibkarlıq, aqrar və digər sahələrdə əzmlə çalışırlar. Son illər idarə və müəssisələrdə, fermer təsərrüfatlarında, sahibkarlıq sahəsində çalışan qadınlarımızın sayı artmaqda davam edir. Sevindirici haldır ki, “Əməkdar müəllim” adına layiq görülən, “Tərəqqi medalı”, “İlin ən yaxşı müəllimi”, “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunan, idman və incəsənət sahəsində fərqlənən qadınlarımızın sırası ilbəil genişlənir.
Tədbirdə fəal qadınların bir qrupuna qiymətli hədiyyələr verilmişdir.
Yığıncaqda digər çıxış edənlər qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.
Gozel tedbir idi mende butun qadinlari tebrik edirem
Qadınlara həsr olunan bayramın hər bir qadının həyatında müstəsna əhəmiyyəti vardir.Bu gün dünyamızın qadınlar,
analar qarşısında baş əydiyi gündür. Bütün qadınlarımızı təbrik edir,onlara ən xoş arzularımı bildirir,sakit həyat və xoşbətlik arzulayıram.
Rayonumuzda bu cur tedbirlerin kecirilmesi cox alqislara layiqdir.Analar gozlerimizin nuru,basimizin tacidir.Ne yaxsi ki siz varsiz.Bu eziz qadinlar bayrami munasibetile bizde butun analari ailemiz adindan tebrik edirik.Men oz anamin timsalinda butun analara yazdigim demeyim cizma-qara etdiyim bir seri siz deyerli oxucularin diqqetine catdirmaq isterdim.
Senin verdiyin gozel nemetle
Gelmisem men qana desem ki cana
Bilirem sehv olmaz ey eziz ana.
Gozumun nurusan menim ay ana.
Sen boyuk varliqsan qarsimda menim
Senden uz cevirsem getsin imanim.
Uzune qayitsam qurusun dilim
Sen menim gunesim,ayimsan ana.
Anasiz bir gunum olmasin menim
Senin saclarina dusen den menim
Gozlerinden baxan keder de menim
Sen menim ureyim,canimsan ana.
Qoruyaq ay eller analari biz
Gorende yer verin analara siz
Tanridan alarsiz nemetleri siz
Yasaya bilmerik analarsiz biz.
Sevirem anami dunyalar qeder
Anasiz olanda gozumde keder
Senden ayrilmaga olsamda vadar
Bir an gozlerimden qoymayacagam.
Bayraminiz mubarek cox deyerli xanimlar.Saytda emeyi-zehmeti olan butun xanimlara Allahdan can sagligi,konul rahatligi dileyirik.Beylerin xanimlarini ve butun deyer verib sevdiyi xanim qohum ve tanislarini tebrik edirik.Allah yazan ellerinizi,duyan qelbinizi daima var etsn.
Rayonumuzun bütün qadınlarını bu bayram münasibətilə təbrik edirəm.Onlara həyatda ən gözəl nemət olan can sağlığı,qadın xoşbəxtliyi arzulayıram.
Comments are closed.