Zərdab Rayon Uşaq İncəsənət Məktəbində möhtəşəm tədbir

0
41

Zərdab rayon Uşaq İncəsənət Məktəbi         Zərdab Rayon Uşaq İncəsənət Məktəbinin 2013-2014-cü tədris ilinə dair hesabat konserti keçirilib. Zerdab.com saytına verilən məlumata görə, tədbir Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin Konsert zalında təşkil olunub. Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifi çıxış edərək ilk növbədə konsertə təklif buyurmuş bütün qonaqları, valideynləri, müəllimləri, və sevimli şagirdləri salamlayıb. Nicat Əlifi çıxışında qeyd edib ki, Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəsilə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir: “Bu gün milli muğamımızın və musiqimizin çox sürətlə inkişaf etməsinin səbəbkarı, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti Mehriban xanım Əliyevadır”. Məktəbin direktoru çıxışını tamamlayaraq konserti açıq elan edib.

Konsertdə Xalq Çalğı alətləri ansambılı, Xoreoqrafiya sinfi şagirdlərinin rəqsləri, fortepiano, tar, kamança, xanəndəlik, nağara sinifləri üzrə tək-tək ifaçılar çıxış ediblər. Konsert zalında 350 nəfərə yaxın tamaşaçı konsert iştirakçılarını daha da həvəsləndirib.

Qeyd edək ki, konsertin əsas məqsədi şagirdlərdə musiqiyə həvəsi gücləndirmək və musiqimizin təbliğidir.

Zerdab.com

Zərdab rayon Uşaq İncəsənət MəktəbiZərdab rayon Uşaq İncəsənət MəktəbiZərdab rayon Uşaq İncəsənət MəktəbiZərdab rayon Uşaq İncəsənət MəktəbiZərdab rayon Uşaq İncəsənət MəktəbiZərdab rayon Uşaq İncəsənət MəktəbiZərdab rayon Uşaq İncəsənət MəktəbiZərdab rayon Uşaq İncəsənət Məktəbi