Ruslan Nemətov: “Zərdabda 4 min nəfər hərtərəfli müayinə olunub”

1
44

 Abdulla AbdullayevPrezident İlham Əliyevin tapşırığına əsasən,əhalinin sağlamlığının qorunması məqsədlə fevralın 17-dən mayın 1-dək insanların kütləvi surətdə pulsuz tibbi müayinədən keçirilməsi Zərdab rayonunda da uğurla davam etdirilir.
Zerdab.com saytı xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov bildirib ki, Rayon İcra Hakimiyyəti ilə birgə əvvəlcədən aparılmış ciddi hazırlıq işləri hər kəsin qrafik üzrə hərtərəfli tibbi müayinə olunmasını təmin edir. Ümumiyyətlə, rayon üzrə 40 min nəfər müayinədən keçməlidir. İndiyədək onların 4 min nəfəri hərtərəfli müayinə olunub. Hazırda hər gün orta hesabla 350 – 400 nəfər müayinəyə cəlb edilir.
Tibbi müayinə mərkəzi rayon xəstəxanasının poliklinikasında, Məlikli, Körpükənd və Əlvənd kənd xəstəxanalarında, habelə 11 həkim məntəqəsində aparılır. Bu tədbirə müxtəlif ixtisaslardan olan təcrübəli həkimlər cəlb edilmişlər. Yaradılmış 3 həkim briqadası isə bu işi yerlərdə – müayinəyə gələ bilməyənlərin evlərində yerinə yetirir.
Şəhər poliklinikasında yenicə müayinədən çıxmış 72 yaşlı Telman İsmayılov insanların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün zərdablılar adından minnətdarlığını bildirib. O deyib ki, ildə bir-iki dəfə müayinədən keçmək sağlamlığının qədrini bilən insan üçün çox vacibdir. Prezident İlham Əliyevin bu tapşırığı lap yerinə düşüb. İndicə hərtərəfli müayinədən keçmişəm. Hiss edirəm ki, həkimlərin məsləhətləri sağlamlığım üçün son dərəcə zəruridir. Bizim sağlamlığımızın qayğısına qaldığı üçün dövlətimizin başçısına minnətdaram”.

Tibbi muayinə

1 comment

  1. Sağ olsun Prezdent İlham Əliyev. Bizim ölke günden-güne inkşaf edir.

Comments are closed.