ZƏRDABDA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD EDİLDİ

0
47

Zərdab rayonu1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Zərdab rayon Gəlmə kənd tam orta məktəbində rayon məktəblilərinin iştirakı ilə maarifləndirmə xarakterli tədbir keçirilib. 

Məktəblilərə məlumat verilib ki, Ümumdünya Mülki Müdafiə Günü Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə 1972-ci ildən bu günədək hər il 1 mart tarixində qeyd edilən bir gündür. “Ümumdünya Mülki Müdafiə Günü” Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün dünyada, o cümlədən respublikamızda və bizim rayonumuzda kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu gün rayonumuzda keçirilən mülki müdafiə tədbiri isə “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusuna həsr olunub.

Zərdab rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının və Zərdab Rayon Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şagirdlər öz bacarıqlarını da nümayiş etdirib.

Tədbirdə çıxış edənlər iştirakçılara fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat veriblər.

Zərdab Rayon İcra Hakimiyyəti

 Zərdab rayonuZərdab rayonu