Xalqımızın tarixində kədərli və ağrılı bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tədbirlər planına dair silsilə tədbirlər keçirilib. Belə ki, kitabxanada “Xocalı Harayı” adlı kitab sərgisi təşkil olunub. “Xocalı faciəsi unudulmur” başlıqlı biblioqrafik məlumatlar hazırlanıb oxuculara təqdim edilib.
Mərkəzi kitabxanada “Tarixin əbədi yarası” adlı xatirə gecəsi keçirilmişdir. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilmiş və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açmış, ermənilərin törətdikləri vəhşilikdən, dinc əhalinin başına gətirilən müsibətlərdən danışmışdır.
Digər çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixinə dəhşətli faciə, həm də qürur duyduğumuz bir gecə kimi yazıldığını qeyd etmişlər.
Sonda H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Tarixin əbədi yarası” adlı səhnəcik nümayiş etdirilmişdir.
Zərdab Rayon İcra Hakimiyyəti
Allah butun sehidlerimize rehmet etsin.Amin
Allah butun sehidlerimize rehmet etsin..Amin
Allah butun sehidlermize rehmet elesin ….Amin
Xocalının adı çəkiləndə sinələr dağlanır, yollar bağlanır…Xocalı bağrı yarılan, baxışlarından məsumluq yağan qızcığaz, xınalı əli, qırmızı gərdəyi qana boyanan gəlin, balalarına və nəvələrinə əli yetməyən, yaşmaql ağbirçək nənə kimi də yazıldı yaddaşlara…Xocalı faciəsi təkcə xocalıların yox bütün Azərbaycan xalqının dərdi,qəmidir.Bu gün hamımız Xocalı soyqırımı nəticəsində həlak olanlara, xəsarət alanlara, şikəst olanlara dərin hörmət və ehtiramımızı bildiririk.Uğrunda canınızı qurban verdiyiniz torpağın altında rahat uyuyun əziz şəhidlər!
Fevralın 24 -də Rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin təşkil etdiyi “Tarixin əbədi yarası” adlı anim mərasimində mən də iştirak etdim.39 saylı şəhər kitabxanasının əməkdaşı kimi bu tədbirdən cox şeyi öyrəndim.Xocali soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anim mərasimi məni cox təsirləndirdi.Allah bütün Azərbaycanın azadlıgı vı bütövlüyü ugrunda canından kecən bütün şəhidlərimizə, eləcə də Xocalı soyrırımı qurbanlarına rəhmət etsin. AMİN.
Çox sağ olun Gülxanım.Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş silsilə tədbirlərə qoşulduğunuza görə, mütəmadi tədbirlər geçirdiyinizə görə dir daha sizə təşəkker edirik.
Xalqımız unutqanlığın,laqeyidliyin çox ağrı-acısını çəkib, bu səbəbdən çox bəlalar çəkmişik.Heç nə unudulmamalı, heç kəs yaddan çıxmamalıdır, yoxsa tarix bizi bağışlamaz!
Ölüm var ölümdü, ölüm də var zülümdü.Xocalılar təkcə şəhid olsaydılar , dərdləri yüngül olardı anaların.Yoxsa ki, şəhid də itgin olarmı?Bu dərdi çəkən anaya nər dözümü gərəkdi.
Ana torpağa ürəkdən bağlanan igidlərimiz torpağa qovuşdu.Vaxt gələcək,Azərbaycan əsgərləri qana susayan erməni bədxahlarınnın başını əzəcək, torpaqlarımızı düşməndən tamamilə xilas edəcəklər.O gün uzaqda deyil.Qəbriniz nurla dolsun şəhid qardaşlar!
Ermənistan-Azərbaycan ,Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş ,facıəli,tarıxdə analoqu az olan hadisələrdən biri də Xocalıda baş verən soyqırım olub.Xocalı faciəsi kimi dəhşətli faciə heç bir yerdə görülməyib.
Hər il 26 fevral Xocalı şəhidlərinin xatirəsi keçirilən silsilə tədbirlərlə yad edilir.MKS-də keçirilən anım tədbirində ədəbi-bədii kompozisiya ilə çıxış edən məktəblilərə təşəkkürümüzü bildiririk. Şəhidlərimizin qəbri
nurla dolsun.
O gece vicdanin susdu seside
Insanliq adina leke vuruldu
Dunyanin en boyuk musibeti de,
O gece yasandi matem quruldu.
Sehidler qururlu olumleriyle,
Tarixe en boyuk dastan yazdilar.
Dunya seyr eyledi oz gozleriyle,
Inandi yoxsa ki inanmazdilar.
Comments are closed.