Zərdab Rayon Heydər Əliyev Mərkəzində rayon fəallarının iştirakı ilə 2013-cü ilin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin hesabat məruzəsi dinlənilmişdir. Zerdab.com saytına bu barədə Zərdab Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Öncə yığıncaq iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzinin foyesində 2013-cü ilin sosial-iqtisadi göstəricilərinə aid diaqramlarla, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarından və inşaat materiallarından ibarət sərgi ilə tanış olublar. Yığıncaq iştirakçıları 2013-cü ildə rayonda görülən işlərin videolentinə baxmışlar. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış etmişdir.
Vurğulanmışdır ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hesabat ilində rayonumuzda xeyli iş görülmüş, bütün sahələrdə sosial-iqtisadi göstəricilər yaxşılaşmış, əhalini narahat edən problemli məsələlərin çoxu öz müsbət həllini tapmışdır. 2012-ci ilin 7 oktyabrında ölkə Prezidentinin rayona səfəri, görülən işlərlə tanış olması, bir sıra obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə görüşməsi və rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə əlavə tədbirlər haqqında müvafiq sərəncam imzalaması növbəti ildə zərdablıları daha yaxşı işləməyə ruhlandırmışdır.
Ötən il Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi, bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərmişdir.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2013-cü ildə respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da ictimai-siyasi və sosial-iqtisadi həyatında özünü göstərmişdir. İl ərzində rayonda 99,9 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ildən 3,4 faiz çoxdur. Hesabat ilində Rayon Polis Şöbəsi üçün yeni inzibati bina, Çallı, İsaqbağı, Aşağı Seyidlər kəndlərində məktəb binaları tikilib istifadəyə verilmişdir. Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunun 0-26 km hissəsində tikinti işləri başa çatdırılmış, yola müasir standartlara cavab verən ikinci qat asfalt örtük döşənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2012-ci il tarixli 374s saylı sərəncamına əsasən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün 2-ci mərhələdə ayrılmış vəsait həcmində işlər başa çatdırılmışdır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq idarəsinin binası, Suvarma Sistemləri İdarəsinin həyətində regional ofis binası, süd məhsulları emalı zavodu istifadəyə tam hazırdır. 17 kənddə su birlikləri üçün inzibati binalar tikilmişdir. Bütövlükdə 2013-cü ildə rayonda 32,6 milyon manatlıq tikinti-quruculuq işləri görülmüşdür. Rayonda 10 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 8 kəndin qazlaşdırılmasında son tamamlama işləri aparılır. Mərkəzi xəstəxananın əsaslı yenidən qurulması davam etdirilir. Zərdab şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi yekunlaşıb. Hazırda 2233 ailə təmiz içməli su ilə təmin olunub. Hesabat ilində rayonda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də yüksək uğurlar əldə olunmuşdur.
Ötən il vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində də xeyli irəliləyiş olmuşdur. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri cənab Süleyman İsmayılovun imzası ilə “Azərbaycan” qəzetinin 13-14 fevral 2014-cü il tarixli nömrələrində dərc olunan “Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri” sərlövhəli yazı Rayon İcra Hakimiyyətində geniş müzakirə olunmuşdur. Yazıda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyləri ilə bağlı minnətdarlıq məktubları içərisində Zərdab rayonundan Ataş Abdullayevin ölkə Prezidentinə ünvanlanmış məktubundan sitat gətirilmişdir.
2012-ci illə müqayisədə 2013-cü ildə 59 şəhər və rayonda, o cümlədən Zərdab rayonunda icra hakimiyyətlərinin fəaliyyəti mövzusunda müraciətlər azalmışdır. Həmçinin 2013-cü ildə vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin 21 rayonda, o cümlədən Zərdab rayonunda da azalması müsbət hal kimi dəyərləndirilmişdir. Prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin azaldığı 22 rayondan birinin də Zərdab olması vətəndaşların müraciətlərinə baxılması sahəsində işlərin yaxşılaşdırılmasının göstəricisidir.
Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunmuşdur.
Yığıncaqda Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı Soltan Sadıqov, Gəlmə kənd tam orta məktəbin müəllimi, “Əməkdar müəllim”, YAP Rayon Təşkilatı Qadınlar Şurasının sədri Minəgül Əliyeva, Rayon İcra Hakimiyyəti Başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, “Dövlət qulluğunda fərqlənməyə görə” medallı Ramiz Məmmədov, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri Təravət Eyvazova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov və digərləri çıxış etmişlər.
Rayonun 2014-cü il üçün sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı təsdiq olunmuşdur.
Sonra 2013-cü ildə rayonda sosial-iqtisadi və ictimai-mədəni sahələrdə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olunub.
Sonda Ölkə Prezidentinə müraciət qəbul edilmişdir.
Hesabat yığıncağında Milli Məclisin üzvü Jalə Əliyeva və Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak və çıxış etmişlər.
Vaxt var idi Mingeçevirden Zerdaba gelende üreyim darıxırdı. Amma adamın könlü açılır. Rayonumuzun inkişafını görmek lezzet edir.
Zerdabda görülen işleri Zerdab.com saytından izleyirik. Bele başa düşürem ki, yaxşıdır işler. Kendlere qaz çekilmesi yaxşıdır, bizim kendede çekerler.
Prezident İlham Eliyev cenabları güvenmediyi insanları yeqin ki, icra başçısı teyin etmez. Zerdabın inkişafı bizi sevindirir. Arzumuz budur ki, diger problemler de hell olunsun.
Haydı Zerdabım, senin inkişafını isteyirik. Fexr edirik seninle.
Hesen bey Zerdabi yurdu butun Azerbaycana numune olmalidir.
Deyin xestexana ne vaxt temir olunub qurtarasidi. Bir de orada teze aparatlar qurasdrilyaq?
Zerdab-Mollakend yolunun temir edilmesi, Rayon Merkezi Xestexanasının temirine başlanılması, kendlere qaz xetlerinin çekilmesi şexsen menim çoooox üreyimcedir. Buna göre öz adımdan xüsusi bir teşekkür etmeyi özüme borc bilirem!
Zerdab doğma diyarım menim. Kürün qırağında bizdede bulvar olacaq deyirler.
Zerdabi muzeyi temir olunub, eladır.
Senaye ilinde Zerdabda zavodlar açılacag? Rayonumuz inkişafı bizi sevindirr.
Rayonumuz gunbəgun butun sahələrdə inkişaf edir. Kəndlərimizə gedəndə sevinirik. Çünki əksəriyyəti artıq mavi yanacaqla təmin olunmuşdur. Modul tipli su təmizləyici qurğular kənd əhalisini təmiz şəffaf su ilə təmin edir. Parkımızın gül çiçəyi yaz fəslində daha gözəlləşir. Bizdə bütün görülən işlərə, diqqət və qayğıya görə cənab Prezidentimizə təşəkkürümüzü bildiririk.
Zerdaba Esas Idman Kompuleksi Gerekdi Allah Qoysa Yaxinlara Oda Tikilecek En Boyuk Arzumdan Biri Zerdabda Idma Kompleksinin Olmasidir
ehsen zerdab ve zerdablilar
Comments are closed.