Sənin qismətində nə var, onu bir Allah bilir

1
55

dünyaAğac ağac diliynən, quş quş diliynən, ot ot diliynən Allahı zikr edir. Sağımızda, solumuzda gördüyümüz hər şey Ona yönəlir, Onu çağırır. Və sən insan olaraq bu Yer üzünün xəlifəsisən. O ağac da, o ot da, o quş da, o dənizlər də sənin üçündür. Şüursuz hesab elədiyin, istədiyin kimi şəklini dəyişdirdiyin, başqalaşdırdığın bu təbiəti Allah-Təala sənin xidmətinə verib. Sənə çox imkan, çox səlahiyyət verilib, amma hər imkanın, hər səlahiyyətin də öz məsuliyyəti, öz sorğu-sualı var.

Soruşsaq ki, ən xoşbəxt alma hansıdır, yəqin ki, təəccüblənəcəksən. Amma burda təəccüblənməli nə var ki? – Ən xoşbəxt alma möminin dizində təpərə, gözündə nura çevrilən almadır. Ətrafda hər şey Allahı zikr edir, ibadət halındadır. Allahı zikr edən o ağac, o heyvan sənin xidmətindədir. O ağacın, o heyvanın ibadəti sənin ibadətinə qatılanda hər şey öz yerini tapmış olur. Sən Yer üzünün xəlifəsisən, iradə sahibisən. Uca Yaradanı tanımaq, Ona itaət və ibadət etmək üçün yaradılmısan. Əgər öz borcunu bilmirsənsə, vəzifəni yerinə yetirmirsənsə, aldığın nəfəs, içdiyin su, yediyin alma səndən gileylidir.

Bu dünya dincini almaq üçün oturduğun ağac kölgəsidir. Bir az sonra qalxıb yoluna davam edəcəksən. Durub gedəcəksən, istəsən də, istəməsən də. Çünki İlahi ədalət belə tələb edir, bu məqamda sən də acizsən, iradən də bir işə yaramır.

Xoş o adamın halına ki, getdiyi yerdə peşmanlıq duymur, rahatlıq tapır. Sənin qismətində nə var, onu bir Allah bilir. Amma özün də hərdən qəlbinə boylan, gör orda nə görürsən. Bir də elə elə ki, yediyin alma səndən küsməsin.

www.zaman.az

1 comment

  1. Insan elini uzadib goturduyu her seye “Bismillah”soylemeli.Soylemeyib yedikse harama sayildi.Her an,her saniye zikr etmeliyik.Tanrinin nesib etdikleri ucun sonsuz sukrler etmeliyik.Istedyimiz her seyi,Uca Allahim men isteyirem amma xeyirlisi senden yeni, Allaha tevekkul.Cumlemize gozel yolla getmeyi Allahdan dileyirik.

Comments are closed.