Zərdab Rayon Təhsil Şöbəsi TQDK-nın açıqladığı nəticələrə dair təhlil aparıb

1
54

 

Baba Babayev
Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev

Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair rayonun ümumtəhsil məktəblərində geniş müzakirələr keçirmişdir.

Bu gün Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı ona yönəlmişdir ki, ölkəmizdə təhsil və elm müasir inkişafımızın əsas amilinə çevrilsin, güclü bilik iqtisadiyyatı formalaşsın, milli təhsil sistemimiz Avropa təhsil məkanına inteqrasiya olunsun, dünyada mövcud olan qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. Həmçinin Azərbaycan özü də belə texnologiyaların yaradıcısı olsun. Dövlət rəhbərliyinin elmin, təhsilin inkişafına böyük önəm verməsinin nəticəsidir ki, hazırda ölkədə bu istiqamətdə 20-dən artıq dövlət proqramı həyata keçirilir. Cənab Prezidentin ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq imzaladığı “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Sərəncamı məhz bu strateji məqsədin gerçəkləşməsinə yönəlmişdir.

Zərdab Rayon Təhsil Şöbəsi ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, istedadlı uşaqların aşkara çıxarılması sahəsində müəyyən işlər görür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2679 nömrəli Sərəncam və həmin Sərəncamla yubileyin keçirilməsinə dair geniş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının təhsil naziri 4 fevral 2013-cü il, 177 nömrəli əmrinın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirmək məqsədilə Zərdab Rayon Təhsil Şöbəsində bütün məktəb direktorlarının iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş, Tədbirlər Planı işlənib hazırlanmış, təsdiq edilmiş, qrafikə uyğun olaraq nəzərdə tutulan tədbirlər ardıcıl olaraq tərəfimizdən həyata keçirilmişdir. Zərdab Rayon Təhsil şöbəsinin  müdiri, filologiya elmləri doktoru Baba Babayev də öz növbəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012-2013-cü tədris ilində buraxılış imtahanlarının yekunlarına dair açıqladığı nəticələr barədə rayonun ümumtəhsil məktəblərində müzakirələr və təhlillər aparmışdır. Zərdab rayonu üzrə IX sinfi 707 nəfər, XI sinfi isə 516 bitirmiş, imtahana buraxılan hər bir şagird şəhadətnamə və attestat almışdır. XI sinfi bitirmiş 516 şagirddən 510 nəfəri buraxılış imtahanında iştirak edib.

TQDK-nın 2013-cü il statistik hesabatına görə, Zərdab rayonunun ümumtəhsil məktəblərində XI sinif üzrə məktəbi bitirən 516 nəfərdən 333 nəfəri (65,29%) müsbət qiymət, 182 nəfəri “2” qiymət almışdır. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 104 məzunu (imtahanda iştirak edənlərin 45,22%-i) tələbə adını qazanıb. Rayon  məzunlarının 11 nəfəri  500-dən, o  cümlədən 5 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Müəllimlər İnstitutuna qəbul olub. Fevral  ayının 18, 19 və 20-də rayonun zona məktəb direktorları və IX və XI siniflərində dərs deyən müəllimlərin iştirakı ilə şöbənin müdiri Baba Babayevin sədrliyi ilə TQDK-nın statistik  hesabatı ilə bağlı geniş, ciddi və tənqidi müzakirələr keçirilmiş, nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

Zərdab Rayon Təhsil Şöbəsinin Aparıcı  məsləhətçisi Seymur Tağıyev

1 comment

Comments are closed.