Zərdabda “Uşaq yaşda evlilik cinayətdir” adlı tədbir keçirildi

3
156

erkən nikahZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon Bıçaqçı kənd orta məktəbində tədbir keçirilmişdir.

Tədbirdə Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd tam orta məktəbinin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova Erkən nikahın məişət zorakılığının başlıca amillərindən olduğunu bildirdi. Qeyd etdi ki, azyaşlı qızların təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmirlər. Erkən nikahlar əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nikahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur.
Tədbirdə çıxış edən ziyalılar məktəblərdə belə maarifləndirici tədbirlərin keçirilməsini çox yüksək qiymətləndirdi. Həmçinin bildirdilər ki, erkən yaşında olarkən qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Qızların 4, 5 və 6-cı siniflərdən məktəbdən çıxarılması və 13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə hesab olunur. Beləliklə, onlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid olunmuş vəziyyətə düşürlər.
Mərkəzin psixoloqu Jalə Məmmədzadə öz çıxışında erkən nikahların qızların psixologiyasına mənfi təsirindən söz açdı.
Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Ailələrə məktub” tədbir iştirakçılarına paylanıldı.

Zərdab Rayon İcra Hakimiyyəti

3 ŞƏRH

  1. Erken nigahlara yox deyek. Gelin analar usaqlarimizin qaydina qalaq , onlarin geleceyini dusunek, onlari erkence aile heyati qurmaqa vadar etmeyek, onlarin heyatini mef etmeyek ,ucruma yuvarlamayaq axi onlar bizim ovladlarimizdir. Onlara oxumaqi, geleceye addimlamaqi, gencliyini nece qurub yaratmaqi, yasamaqi, basa salaq .Aile heyati ikinci derecelidir ilk novbede tehsil vacibdir. Biz ovladlarimizin salamliqini elinden almayaq, yasam potensiyalini guclendirek!

  2. Ay menim ezizlerim,indi hansi zemanedir ki qizlar zorla ere verilsin?Bir az inandirici gorunmur.Bu isde mesuliyyet en cox kend belediye numay-e dusur.Gizledirler neye gore o artiq hamiya melumdur.Rusvetle mubarize gedir amma hec yerde bu hiss olunmur.Eksine rusvet daha cox vuset alaraq yayilib.Ilk novbede bunun qarsisi alinmalidir.Alinmazsa bu cur evliklerin sayi anba-an artacaq.Sag olun ki bu meseleleri oz saytimizda isiqlandirirsiz.Bu isde valideynler daha diqqetli olmalidir.Ovladlariniz ucun isiqli geleceyi siz qurmalisiz.Son vaxtlar bas veren xos olmayan,biyabirci hallar savadsizliqdan,bir an derin dusunmemekden yaranir.Derrakali insan bu cur addim atmaz.Tehsil mutleq,vacibdir.Imanli tehsil olsa ne xos bizlere.Allahdan butun ailelere uca Allahdan xosbextlik arzulayiram.Usaqken atamin etdiyi bu dua bir an da olsa fikrimden cixmir.Ya Allahim, meni ovladlarimla ve corekle imtahan etme.Edende rehmini ve sebrini de gonder.Amin.Allah butun valideynlerin canini sag ruhunu salamat eylesin.

  3. erken nigaha yox deyek mence qizin icazesi olmadan qizi zorla heckime verilmemelidir indi hansi zemANEDE yasayiriqki indi muasir zemanedi kim ne isitiyir onuda eliyir

Comments are closed.