Millət vəkilimiz Jalə Əliyevadan təklif

1
53
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filiologiya elimləri doktoru, BDU-nun professoru.

Hesab edirəm ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, digər diplomatik korpuslarında aşpaz ştatı nəzərdə tutulmalıdır. Bunu millət vəkili Jalə Əliyeva Milli Məclisin (MM) Mədəniyyət komitəsinin bu günlərdə öz işinə başlayan növbəti yaz sessiyası ilə bağlı fevralın 7-də keçirilən ilk iclasında çıxışı zamanı dilə gətirib.

Millət vəkili xatırladıb ki, bir neçə il öncə belə bir təkliflə çıxış edərkən, bəzi mətbuat orqanları tərəfindən əsassız tənqidlərə məruz qalıb.

“O zaman belə bir təkliflə çıxış etdim və mənim bu təklifim az qala bəzi media orqanları tərəfindən topla-tüfənglə qarşılandı. Yazırdılar ki, millət vəkilləri indi də “qarın davası” edir. Bu, heç də belə deyildi”.

J.Əliyevanın iddiasına görə, söhbət burada milli mədəniyyətimizin ayrılmaz, tərkib hissəsi olan milli mətbəximizin, milli kulinariyamızın səfirliklərimiz, diplomatik korpuslarımız tərəfindən xaricdə geniş təqdim və təbliğ olunmasından gedirdi və gedir.

“Çünki xarici ölkələrə səfər edən zamanı Azərbaycan milli mətbəxinin, milli kulinariyasının məhsullarına, milli yeməklərimizə rast gəlmək olmur. Ən yaxşı halda Türkiyənin və İranın milli mətbəx məhsullarından istifadə etmək olur. Ona görə hesab edirəm ki, nəhayət, Xarici İşlər Nazirliyimiz tərəfindən ölkəmizin xaricdəki diplomatik korpuslarının hər birində ən azı bir nəfər aşpaz ştatı nəzərdə tutulmalıdır.

Bu gün milli mətbəximizə, milli kulinariyamıza aid olan məhsullara, yeməklərimizə təcavüzkar qonşularımızın-ermənilərin sahiblənməyə çalışması, onlara iddia etməsi barədə tez-tez danışır, öz haqlı narazılığımızı bildiririk. Ona görə milli mətbəximizin, milli kulinariyamızın geniş təqdimatı və təbliği baxımdan bu məsələ öz həllini tapmalıdır.

Hətta, mümkün olarsa, “Milli kulinariya mədəniyyəti haqqında” hazırlanan yeni qanun layihəsində bununla bağlı məqamlar nəzərdə tutulmalıdır” – deyə, J.Əliyeva sözlərinə əlavə edib. /Gün.Az/

1 comment

Comments are closed.