Azərbaycan Televiziyasının “Kinoklub” verilişinin növbəti proqramı Zərdab rayonunda Kür çayı sahilində və rayonun digər görməli yerlərində çəkilmişdir.
Respublikanın əməkdar incəsənət xadimi Etibar Babayevin rəhbərliyi ilə tanınmış kino xadimləri və incəsənət ustaları Həmidə Ömərova, Yasin Qarayev, Tofiq Hüseynov, Azər Mirzəyev, Nuriyyə xanım Əhmədova çəkilişdə iştirak etmişlər.
500 nəfərlik şəhər mədəniyyət evində görkəmli sənətkarlar Gülyaz Məmmədova, Aytən Məhərrəmova, Abbas Bağırov, Ənvər Sadıqov, Ayaz Qasımov, Rəşad İlyasov, aşıq Samirə, gənc vokalçı Ramil Qasımov və digər tanınmış incəsənət ustalarının iştirakı ilə rayon ictimaiyyətinin nümayəndələri üçün geniş bayram konserti olmuşdur.