Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi vəd verdi

0
54

ZerdabZərdabın Yarməmmədbağı və Lələağacı kəndinin sakinləri 500 hektar əkin sahələrinin susuzluqdan əziyyət çəkməsindən narahatdır. Sakinlərin ANS-ə bildirdiklərinə görə, yeganə gəlir mənbələri olan bu pay torpaqlarında taxıl, arpa və yonca əkməklə ruzilərini qazanırlar, lakin suvarmanın olmaması əkilən məhsulun bitməməsinə ya da məhv olmasına gətirib çıxardır. Sakinlər deyir ki, 6 kəndin suvarma suyu bir kanal vasitəsilə ancaq Türyançaydan Gödəkqobu kəndinin üzərində qurulan bir nasos vasitəsilə çəkilib sahələrə gətirilir. Son illər isə Türyançayda suyun lillənməsi nasosların işini əngəlləyir və sahələr suvarıla bilmir.
Sakinlər müvafiq qurumlara müraciət etdiklərini bildiriblər. Hətta 2012-ci ildə Melorasiya və Su Təsərrüfatından sakinlərə həmin ərazidə digər su mənbəyi olmadığına görə suvarmada yaranan gecikmələri aradan qaldırmaq məqsədilə əlavə nasos stansiyanın quraşdırılacağını vəd etsələr də, yerli qurumun vəsait ayırmaması üzündən o da vəd olaraq qalıb.
Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadığov isə kənd sakinlərinin problemini etiraf edərək rayonun hər il 6 kəndin 2 minə yaxın sahəsinin susuzluqdan əziyyət çəkdiyini bildirdi. Rayonda hər il 9 min hektar ərazinin Türyançaydan suvarıldığını deyən Sotlan Sadıqov Yarməmmədbağı və Lələağacı kəndlərinin suvarıla bilməməsini isə ən ucqar ərazidə yerləşməsi, ötən illə müqayisədə əkin sahələrinin daha çox olması, hava şəriatin quraq keçməsi və lilə görə nasosların yaxşı işləməməsi ilə əlaqələndirdi: “Baxmayaraq ki, yanvar ayında suvarılma olmur heç yerdə. Birbaşa göstəriş vermişik ki, bu ərazidə çətinlik olduğuna görə nasos stansiya işləsin, su təminatı yaxşılasın. 100 hektar kəndin aşağı hissəsində taxıl var, o hissə qalıb. Taxıl suvarıldıqdan sonra yonca da suvarılacaq. Çalışırıq ki, köməklik göstərək”.

ANS TV