Zərdabda ev külə dönsə də, Qurani-Kərim yanmadı

2
61

Zerdab rayonuZərdabda evdə baş verən yanğın zamanı maraqlı hadisə yaşanıb. Belə ki, yanğın hadisəsi yanvar ayının 11-də rayon sakini Hüseynov Valik Əli oğluna məxsus evdə qeydə alınıb. Ev sahibinin dediyinə görə, saat 04:56 radələrində ümumi sahəsi 144 kv.m olan 2 mərtəbəli, 5 otaqlı ev yanıb. Ehtimala görə, yanğına səbəb elektirik xəttində yaranan qısaqapanma olub. Nəticədə 7 nəfərdən ibarət iki ailə evsiz qalıb. Evdə 20 min manatlıq qızıl-ziynət əşyası və 50-60 minlik ev əşyaları olub: “Bundan əlavə yanvarın 29-da toyu olacaq qızım üçün ayırdığım 4 min manat nəğd pul külə dönüb”.

Ev sahibinin sözlərinə görə, ev tamamilə yarasız hala düşsə də, müqəddəs Qurani-Kərim yanmayıb.

2 ŞƏRH

  1. Allah yardimciniz olsun hemyerlilerimiz.Evdeki en deyerli nemet ele Qurani-Kerimdir onu da Uca yaradan qoruyub.

Comments are closed.