Kənd təsərrüfatı naziri Heydər Əsədovun Ucarda yanvarın 24-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı yanvarın 31-nə keçirilib. Nazirliyin mətbuat xidmətindən Zerdab.com-a bildiriblər ki, həmin gün saat 11:00-da kənd təsərrüfatı naziri Heydər Əsədov Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsində (ünvan: Ucar şəhəri, Heydər Əliyev küçəsi, 29) Ucar, Kürdəmir, Ağdaş, Zərdab və Göyçay rayonlarının sakinlərini qəbul edəcək. Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi (əlaqə telefonu: 020-21-3-01-60, 055-892-90-91) tərəfindən həyata keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Zerdab.com