“Həsən bəy Zərdabinin həyat və yaradıcılığı”na həsr olunacaq ayrıca bir kitab yazmağınızı da həsrətlə gözləyirik
Dəyərli professor , Sizi hörmətlə salamlayıram. 2012-ci ildə çapdan çıxmış “Həsən bəy Zərdabi” adlı monoqrafiyanızı 2013-cü ilin son günlərində əldə edə bildim. Cəmisi 300 tirajla (çox arzu edərdik ki, tirajı daha çox olsun ki, rayonlarda yaşayan zərdabisevərlərə də çatsın-T.A.) buraxılmış bu kitabı bir nəfəsə oxudum və özümü yenidən Sizin tələbəniz hiss etdim. “Həsən bəy Zərdabi “ adlı monoqrafiyanızın yeni nəşrinə daxil edilmiş VIII bölmədəki əlavələr –
1. ”Zərdabi irsinin şah əsəri-“Əkinçi”,
2. ” Bir daha Zərdabi, bir daha “Əkinçi” haqqında”,
3. ”Həsən bəy Zərdabi görkəmli mütəfəkkir və publisist kimi “,
4.” Yanıb, sönən, yenidən məşələ dönən “Əkinçi”,
5.”Maarifçilik mədəniyyətimizin nadir incisi-“Əkinçi”-I məqalə ,
6.”Azərbaycan maarifçilik mədəniyyətinin mayakı- “Əkinçi”- II məqalə haqqında işlədiyim “Əkinçi” qəzetinə öz qeydlərimi yazdım və Sizin hələ bir çox tədqiqatçılar tərəfindən deyilməmiş yeni fikirlərinizi növbəti nömrədə oxuculara təqdim edəcəyəm.
Hörmətli professor, tələbələrinizin çoxu kimi mən də Zərdabi şəxsiyyətinin əsl mahiyyətini məhz Sizin təqdimatınızda anlamışam. Siz Həsən bəy Zərdabinin layiqli tədqiqatçısı olaraq daha gözəl bilirsiniz ki, görkəmli publisist, təbiətşünas alim, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin adı xalqımızın maariflənməsi, mənəvi dirçəlişi və fikir təkamülü ilə sıx bağlıdır. Zərdabi bu cəhətdən A.A.Bakıxanovla, M.F.Axundovla birlikdə iftixarla yad edilir. O, Azərbaycanda ilk ali təhsilli müəllim, Azərbaycan milli teatrının və milli mətbuatının, xeyriyyə cəmiyyətinin banisi və görkəmli ictimai xadim kimi tanınmışdır. Zərdabi mütərəqqi rus və dünya elmindən tərbiyə almış təbiətşünas alim, görkəmli darvinist idi. Azərbaycanda darvinizmin yayılması ilk addımlarını, sözün əsl mənasında Zərdabidən və onun əsərlərindən başlamışdır. Zərdabinin belə zəngin irsinin öyrənilib xalqımıza çatdırılması üçün onlarla namizədlik, doktorluq dissertasiyaları müdafiə edilmiş, çoxlu sayda monoqrafiyalar yazılmlşdır. Siz də qeyd etdiyiniz kimi bunların sırasında fəlsəfə elmləri doktorları Heydər Hüseynovun, Mehbalı Qasımovun, Ziyəddin Göyüşovun, Şeydabəy Məmmədovun, fəlsəfə elmləri namizədi dosent Zaman Məmmədovun, biologiya elmləri doktoru Mirəli Axundovun, akademik Abdulla Qarayevin, professor Həmid Fərzəlibəylinin, tibb elmləri doktorları Məmmədəmin Əfəndiyevin və Məmməd İbrahimovun tədqiqatları diqqəti xüsusi ilə cəlb edir. Ancaq Zərdabi elə bir dəryadır ki, bu tədqiq olunanlarla yekunlaşmır, irsini tam öyrənmək istədikcə, sonsuzluqla qarşılaşırsan. Yəqin elə buna görədir ki, Həsən bəyin həyatı və yaradıcılığı ziyalılarımız tərəfindən nə qədər aşkarlanırsa, dahi həmyerlimiz yenə də bizim üçün oxunmamış bir kitab olaraq qalır. Hörmətli professor, arzusunda olduğumuz belə bir kitabın Sizin tərəfinizdən yazılmasını həsrətlə gözləyirik. Allahtaala Sizə bundan sonra da xeyirli və bərəkətli ömür versin ki, bizim bu istəyimizi gerçəkləşdirə biləsiniz.
SİZƏ DƏRİN HÖRMƏTLƏRLƏ: TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ
Görkəmli mütəfəkkir və ictimai xadimlər sırasında dahi həmyerlimiz Həsən bəy Zərdabi şərafli yerlərdən birini tutur. Bunu demək üçün mənim müəyyən qədər əsasımda var.Kitabxanaçıyam,hər gün oxucularla üzləşirəm. Onların maraqları içərisində Həsən bəy mövzusu əsas yerlərdən birini tutur. Hesab edirəm ki, Zərdabinin həyat və yaradicılığı ilə bağli kitab biz Zərdablılarin xüsusilə diqqətini cəlb edər.Tərlan xanım,hörmətli professorun dahi həm yerlimizin həyat və yaradıcılığı haqqında kitab yazmasını biz də həsrətlə gözləyirik.
BİR ZƏRDABLI KİMİ MƏN FƏXR EDİRƏM Kİ, H.ZƏRDABİ BİZİM HƏMYERLİMİZDİR. ONUN HAQQINDA YAZILACAQ KİTABI MƏN DƏ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRƏM.
Mən də imkanlarım daxilində Zərdabinin həyatı ilə maraqlanıram.Bilirəm ki,Zərdabi geniş bilik dairəsinə mütailə qabiliyyətinə malik şəxsiyyət idi Biz kitabxanaçılar Zərdabinin mütailə qabiliyyətinin peşəkarlığını öyrənə bilsək bu bizim daha çox oxucu qazanmağımıza səbəb ola bilər.Hörmətli professorun “Zərdabinin həyat və yaradıcılığı”na həsr edəcəyi kitab bəlkə də biz kitabxanaçılara daha çox lazımdır.
Bir Zərdablı olaraq Həsən bəy Zərdabi ilə həmişə maraqlanmışam.Dahi həmyerlimiz haqqında ədəbiyyatları (hansını tapa bilsək)həvəslə oxuyuruq.Mənə elə gəlir ki,professor İzzət Rüstəmovun Həsən bəy Zərdabinin həyat və yaradıcılıq haqqında yazacağı kitab biz oxucuların daha çox diqqətini cəlb edər.Əgər hörmətli professorumuzun belə bir fikri varsa uğurlar arzulayırıq.Gözəl niyyətdir.
Həsən bəyin təhsili ilə 2 məqam mənim həmişə diqqətimi cəlb edibdir: Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetini bitirir və xüsusi müvəffəqiyyətlərinə görə ona Universitet Elmi Sovetinin 10 iyun 1865-ci il tarixli qərarı ilə Təbiyyət elmləri namizədi adı verilir.Həsən bəy Zərdabi Tiflis gimnaziyasını qızıl medalla və adı o vaxtlar mövcud olan mərmər lövhədə qeyd olunmaqla parlaq orta təhsil almışdır.Bu dahi şəxsiyyətin həyatı və yaradıcılığı haqqında kitab yazmaq vacibdir.
Professor İzzət Rüstəmovun Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında yazacağı kitab biz zərdablıların ən çox oxuyacağı kitab olar inşallah!
Həsən bəy Zərdabi elə bir dahidir ki, onun şöhrəti ölkə sərhədlərini çoxdan aşıb.Hörmətli professor İzzət Rüstəmovun Zərdabinin həyat və yaradıcılığı haqqında yazacağı kitab dahi həmyerimizi yaxından tanımaq üçün ən təsirli vasitələrdən biri ola bilər.
Hörmətli professorun Zərdabinin həyat və yaradıcılığı haqqında yazacağı kitabı mən də böyük maraqla gözləyirəm.
Hormetli professorumuz Izzet Rustemov,Zerdabi haqda Ictimai kanalin cekdiyi filimde,bele bir cumle ishledib”Sherq son 150 ilde hele bele bir dahi yetishdirmeyib,mence bu Hesen Bey Zerdabi haqqinda deyilen en qiymetli sozdur.
Hormetli professorumuz Izzet Rustemov,Zerdabi haqda Ictimai kanalin cekdiyi filimde,bele bir cumle ishledib:-Sherq son 150 ilde hele bele bir dahi yetishdirmeyib,mence bu Hesen Bey Zerdabi haqqinda deyilen en qiymetli sozdur.
Hörmətli Eldəniz müəllim , İctimai kanalın Zərdabi haqqında çəkdiyi filmdə professor İzzət Rüstəmovun Həsən bəy haqqında dediyi -şərq son 150 ildə hələ belə bir dahi yetişdirməyib- fikrini çox yerində xatırlatdınız. Həqiqətən də bu qiymətli və orijinal bir qeyddir.
Comments are closed.