Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə Zərdab rayonunda bayram şənliyi təşkil olunub. 30 dekabr 2011-ci il tarixdə “Kür” şadlıq sarayında çay, meyvə və şirniyyat stollarında 250 nəfərin iştirakı ilə “Yeni il” şənliyi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab
Lütvəli Babayev rayon ictimaiyyətini təbrik etmiş, 2011-ci ildə fərqlənən bir qrup insanlara Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanını və hədiyyələr vermişdir. “Yeni il” şənliyində gənc vokalçı, şərqin ən gənc “Koroğlu”su Ramil Qasımov, respublikanın və rayonun digər tanınmış musiqiçilərinin iştirakı ilə geniş bayram konserti olmuşdur.
Cox beyendim Zerdab rayon icra bascisina oz derin tessekurumu ve minetdarligimi bildirirem.
Comments are closed.