Ukraynanın Luqansk şəhərində əslən Zərdab rayonundan olan iş adamının evinə silahlı basqın edilib. Zerdab.com saytı xəbər verir ki, ev sahibi və həyat yoldaşı güllələnərək qətlə yetirilib. Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin sədr müavini Akif Hümbətov APA TV-ya deyib ki, dekabrın 24-də yerli vaxtla saat 09.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova birlikdə güllələnib.
Akif Hümbətovun sözlərinə görə, hadisə qətlə yetirilən Vidadi Məmmədovun qızı və bunlarda qalan qohumları olan oğlan dərsə getdikdən sonra baş verib: “Səhər uşaq gedib dərsə, ondan sonra hadisə baş verib. Giriblər, evinin içində güllələyiblər. Kafesi ilə evi birləşikdir”.
Hazırda milis ərazini mühasirəyə alıb, araşdırma aparılır. Hadisənin motivi və törədənlərin kimliyi hələlik məlum deyil.
Bilmirəm, nə dərəcdə düzgündür, bayaq eşitdim ki guya qardaşı güllələyib. Şərikli restoranları varmış…Əgər belədirsə çox təəəsüf!
Allah Rehmet Elesin qebri nurla dolsun
allah rehmetelesin
ALlah rahmat etsin har birina amin
Allah rəhmət etsin
Comments are closed.