Zərdaba ilk qar yağdı

0
46

ZerdabAzərbaycanın Aran bölgəsində ilk qar yağıb. Gecə saatlarından yağmağa başlayan qar səhərə yaxın bir qədər də güclənib. Hazırda Zərdab, Ucar, Göyçay rayonunda qarın qalınlığı 7-8 santimetrə çatır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Departamenti dekabrın 11-i axşamdan 12-si səhərədək Azərbaycan ərazisində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 11-i gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 11-i axşamdan 12-si səhərədək qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qar örtüyünün hündürlüyü Zərdabda 20-32 sm-ə çatıb.

Qeyd edək ki, əlverişsiz, intensiv qar haqqında xəbərdarlıq 2 gün əvvəlcədən əlaqədar təşkilatlara çatdırılıb.