Zərdabda hazırda ayrı-ayrı kateqoriyalar üzrə 2906 əlil var

0
52

Zərdab-Əlillər-GünüZərdabda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə rayon icra hakimiyyəti aparatının, xidmət təşkilatları və ictimai təşkilatların rəhbərləri əlillərlə görüşüblər. Zerdab.com-a verilən məlumata görə, görüş rayon mədəniyyət və turizm şöbəsinin asudə vaxt mərkəzində, çay süfrəsi arxasında keçirilib. Görüşdə qeyd olunub ki, Zərdabda hazırda ayrı-ayrı kateqoriyalar üzrə 2906 əlil var. Çıxış edənlər ölkəmizdə əlillərə göstərilən qayğıdan, Prezident İlham Əliyevin xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətindən, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən söhbət açıblar. Bildirilib ki, son illər rayonda əlillər üçün 16 və 32 mənzilli iki bina və 14 fərdi ev tikilib istifadəyə verilib, 11 əlil minik avtomobili ilə təmin olunub. Tədbirdə bir qrup əlilə maddi yardım edilib.