Zərdab Rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib – Foto

0
53

Zərdab rayon Mərkəzi kitabxanası Qadin zorakiliqina yox deyekQadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Zərdab Rayon Mərkəzi kitabxanasında “Qadın zorakılığına yox deyək” adlı dəyirmi masa keçirilib.

Zerdab.com saytına verilən məlumata görə,  tədbiri giriş sözü ilə Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva acaraq “Qadın və cəmiyyət” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olublar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişib. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib  və fəaliyyətləri genişlənib. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Buna Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz misaldır.

Dəyirmi masada YAP Zərdab rayon təşkilatının Qadınlar Şurasının sədri Minəgül Əliyeva, Gəlmə kənd tam orta məktəbinin müəllimi Şəmsiyyə Həsənova,  3 saylı orta məktəbin direktoru Rəna Əhmədova, Həsən Bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Zərdab Rayon Mədəniyyət Evinin direktoru Elyurə Məmmədova və başqaları “Erkən nikah”, “Siyasi zorakılıq”, “Qadın zorakılığı”, “Məişət zorakılığı” mövzuları ətrafında öz fikirlərini bildiriblər.