Xəbər verdiyimiz kimi, Gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərində vətəndaşların qəbulunu keçirmişdi. Qəbul zamanı Zərdab rayonu Hüseynxanlı kənd sakini, Gəlmə kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Hüseynov Rasim Rəsul oğluna “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adının verilməsi üçün cənab nazirə müraciət edilmişdi. Zərdab Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına verilən məlumata görə, müraciətə baxılaraq, Hüseynov Rasim Rəsul oğlunun fəaliyyəti araşdırılmış və rayon idmanına verdiyi töhfəyə xüsusi qiymət verilərək ona “Azərbaycan Respblikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilib: “Zərdab Rayon Gənclər və idman idarəsi olaraq Azərbaycan Respublikası Gənclər və idman Naziri cənab Azad Rəhimova rayonumuzun idman ictimaiyyətinə verdiyi qiymətə görə dərin minnətdarlığımızı bildirir, Rasim müəllimi isə təbrik edir, bundan sonrakı fəaliyyətində uğurlar arzu edirik”. Təbrikə Zerdab.com saytının əməkdaşları da qoşulurlar.
UREKDEN TEBRIK EDIREM RASIM MUELLIMI.VAXTILE O,MENE DE DERS DYIB.AMAN ALLAH ILLER NECE QOCALTDI O GOZEL INSANI.AMMA,BUNA BAXMAYARAQ UZUNDE YENE DE O TEVAZOKAR NURU OLDUGU KIMIDIR.ALLAH OMUR VERSIN.
MÜƏLLİM GEC DƏ OLSA TƏBRİK EDİRƏM.SƏN BUNDAN DA YÜKSƏK ADLARA LAYİQ İNSANSAN,NECƏ DEYƏRLƏR ÖZ İŞİNİN USTASISAN.UĞURLARIN DAVAMLI OLSUN,BİZ ŞAGİRDLƏRİN DƏ BAXAQ FƏXR EDƏK.
Tebrik edirik!
Comments are closed.