Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaq aylığı” ilə əlaqədar olaraq “Uşaqları birgə sevək” adlı yekun tədbir-şənlik keçirilib. Zerdab.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova “Uşaq aylığı”nın əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, heç bir uşağı diqqətdən qaçırmaq olmaz. Belə tədbirlər uşaqlarda olan istedadı, qabiliyyəti üzə çıxarır, hər bir uşağa fərdi yanaşmaq imkanı verir. Tədbirdə rayon mərkəzi kitabxanasından, “Əkinçi” qəzetindən, Heydər Əliyev Muzeyindən, Rayon Yaradıcılıq evindən qonaqlar iştirak edib. Daha sonra Mərkəzdən bəhrələnən uşaqlar şeirlər söyləmiş, rəqslər təqdim ediblər. Sonda ən fəal uşaqlara hədiyyələr təqdim olunub.