Rusiyadakı soydaşlarımıza xəbərdarlıq: “Noyabrın 4-də küçələrə çıxmayın”

0
44

RusiyaMoskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları noyabrn 4-də mümkün qədər küçələrə çıxmamağa çağırıb. Bu barədə Moskvadakı soydaşlarmız məlumat veriblər. Noyabrın 4-də Moskvada keçirləcək “Rus marşı”ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları belə halların olmaması üçün soydaşlarımza müraciət ediblər.
Orxan Zeynalovla bağlı hadisədən sonra əsas hədəfə düşən azərbaycanlı miqrantlar rus millətçilərinin də iştirak edəcəyi bu marşla bağlı ciddi narahatlıq keçirir.

“Hazırda bazarlarda, kafelərdə və digər yerlərdə işləyən azərbaycanlılar narahatlıq içərisindədirlər. Onlar son günlər Moskada baş qaldırmış milətçi dalğanın bu mitinqdə fəsadları verəcəyindən qorxurlar”-deyə soydaşımız vurğulayıb.

Qeyd edək ki, Moskva höküməti “Rus marşı”nın keçirilməsi üçün rəsmən izazə verib. Toplantı noyabrın 4-də Lyublinoda keçirləcək. Yürüşdə 15 min adamın iştirak edəcəyi bildirlir.

Rəsmi olaraq Xalq həmrəyliyi günü élan olunan 4 noyabrda ənənəvi olaraq ultramillətçi qruplar və partiyalar küçələrə çıxırlar.

Bu dəfə də milətçilərin yürüşə qatılacağı bilirilir. Ultra- milətçi qrupun rəhbəri Demuşkin aksiyaya 30 mindən çox adamın qatılacağını deyib. V.Jirinovskinin sədri olduğu LDPR isə Puşkin meydanında 5 min nəfərin iştirakı ilə mitinq keçirəcəyini élan edib. Həmin gün  metronun “2 Oktyabr meydanı” stansiyasının qarşısında Romanovlar süləslinin 400 illiyi ilə bağlı aksiya təşkil olunacaq.