Gənclərin asudə vaxtının səmərəli təşkili, onların elmi və intellektual səviyyələrinin daha da təkmilləşdirilməsi, idmana və incəsənətə olan maraqlarının daha da artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il mayın 6-da Zərdab rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən və 2011-ci il 11 may tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına Zərdab rayonunda Gənclər Mərkəzi inşa olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il oktyabrın 7-də mərkəzin açılışını etmişdir. Gənclər Mərkəzində kinozal, ədəbiyyat dərnəyi, tikiş və toxuculuq dərnəkləri, bilyard otağı, kompyuter kursları, muğam, milli rəqs studiyaları, atıcılıq klubu, elektron kitabxana fəaliyyət göstərir.
Zerdab.com