Zerdab.com saytı xəbər verir ki, cari ilin 26 oktyabr – 6 noyabr tarixində Ucar və Zərdab rayonlarının sakinləri Səyyar “ASAN Xidmət”dən Ucar rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməs
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət etməyi tovsiyə edirik.
– 108 (mobil telefonlardan 012 108) N-li Çağrı Mərkəzi (ödənişsiz).
İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində 17 məntəqədə 30 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.
Zerdab.com