Zərdabda 100 ton “ağ qızıl”

0
56

pambıq yığımıZərdabın “ağ qızıl” ustaları ağır zəhmət bahasına yetişdirdikləri məhsul yığımı kampaniyasını davam etdirirlər. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən verilən məlumata görə, cari mövsümdə 475 hektar sahədə pambıq yetişdirilib. Zərərvericilərə və xəstəliklərə qarşı aparılan mübarizə tədbirləri, vaxtında həyata keçirilən kompleks becərmə işləri tarlalarda yaxşı məhsul yetişdirməyə şərait yaradıb.
Yığım kampaniyasına ciddi hazırlıqla başlayan “ağ qızıl” ustaları indiyədək 100 tondan çox məhsul toplayıblar. Yığılan pambıq qurudularaq dərhal emal müəssisələrinə göndərilir. Rayonun daha çox pambıq əkilən Bəyimli, Şəftəhal, Şahhüseyinli ərazi vahidlərində yığım kampaniyası daha mütəşəkkil aparılır. Sahələrdə hələ məhsul boldur. Sahibkarlar pambığın son qozasınadək yığılıb satılması üçün maksimum səy göstərirlər.

Zerdab.com