“Yolçu”nun aparıcısı: “Zərdabdan əla veriliş hazırlayacağıq”

3
69

Yolçu-ZərdabdaXəbər verdiyimiz kimi, “Xəzər” telekanalında yayımlanan “Yolçu” proqramının çəkilişləri bu dəfə Zərdab rayonunda aparılır. Verilişin aparıcısı Yusif Kərimli bu barədə özünün “facebook” səhifəsində yazaraq: “Yolçu” Zərdabda gərək. Bu rayonla bağlı təklifi olanlar yazsınlar”,-deyə qeyd etmişdi.

Zerdab.com saytı Zərdabda macəra axtaran Yusif Kərimlidən rayonumuzla bağlı təəssüratlarını öyrənib. Yusif Kərimli saytımıza açıqlamasında: “Zərdab rayonu ilə bağlı təəssüratlarım əladır. İnşallah, əla veriliş hazırlayacağıq. Buranın insanları istiqanlı və qonaqpərvərdir”,-deyib. Onun sözlərinə görə, Zərdab rayonundan hazırlanmış veriliş “Xəzər” telekanalında oktyabrın 28-də və noyabrın 4-də efirə yayımlanacaq.

Yusif Kərimlinin Zərdab rayonunda çəkdirdiyi maraqlı fotolardan bir neçəsini təqdim edirik.

Zerdab.com

Yolçu-Zərdabda
Yusif Kərimli: “Bu ağsaqqal 3 dəfə “Şöhrət” ordeni alıb, ikinci dünya müharibəsindəki qəhrəmanlıqlarına görə. Azərbaycanda 2-ci belə adam yoxdur. 92 yaşı var, Zərdabda yaşayır, adı da Muradalıdır”.
Yusif Kərimli: Kirpi ovu asan olmur. Torpağın altındakı yuvanı tapmaq və onu çölə cıxmağa məcbur etmək lazımdır. Ya yuvaya tüstü buraxırsan, ya da xüsusi öyrədilmiş itlər içəri girib kirpini qovalayaraq çölə çıxarır. Ancaq ayaqlarından yapışıb tutmaq lazımdır, çünki müdafiə məqsədilə özünü sənə çırpır və tikanlarını batırır. Çoxlu ox yarası almısınızsa, əlləriniz uzunmüddətli şişə bilər və ağrayar. Biz Zərdabda 3 böyuk kirpi tutduq. Çəkiləri 8-12 kq olar. Kababı çox dadlı, əti mədə-bağırsağa, səpkiyə və astma xəstəliyinə çox faydalıdır. Çünki kirpi ancaq bitkilərlə, xüsusilə də biyan köku ilə qidalanır".
Yusif Kərimli: “Kirpi ovu asan olmur. Torpağın altındakı yuvanı tapmaq və kirpini çölə çıxmağa məcbur etmək lazımdır. Ya yuvaya tüstü buraxırsan, ya da xüsusi öyrədilmiş itlər içəri girib kirpini qovalayaraq çölə çıxarır. Ancaq ayaqlarından yapışıb tutmaq lazımdır, çünki müdafiə məqsədilə özünü sənə çırpır və tikanlarını batırır. Çoxlu ox yarası almısınızsa, əlləriniz uzunmüddətli şişə bilər və ağrayar. Biz Zərdabda 3 böyuk kirpi tutduq. Çəkiləri 8-12 kq olar. Kababı çox dadlı, əti mədə-bağırsağa, səpkiyə və astma xəstəliyinə çox faydalıdır. Çünki kirpi ancaq bitkilərlə, xüsusilə də biyan köku ilə qidalanır”.

 

3 ŞƏRH

  1. canim zerdabim, gozeliyi ile,qonaqperverliyi ile, qonaq gelenleri ozune valeh eden vetenim. ewq olsun zerdab rayununun ehalisine esasinda “ZERDAB RAYON OTMANOBA” kendinin milletine

Comments are closed.