Həmyerlimiz oktaybrın 22-də “Lider”də duelə çıxacaq

0
77
Eltac Ibrahimov
Eltac yazıb 1 səs üçün – 93228 nömrəsinə, 50 səs üçün – 93103 nömrəsinə, 100 səs üçün – 93107 nömrəsinə SMS göndərə bilərsiniz

“Lider” telekanalında yayımlanan “Milli səs” yarışmasında Zərdab rayonunun təmsil edən gənc ifaçı Eltac İbrahimov oktyabrın 22-i, saat 21:30-da duelə çıxacaq. Bu barədə Zerdab.com saytına Eltac İbrahimov özü məlumat verib. Onun sözlərinə görə, əvvəlki verilişlərdən fərqli olaraq bu verilişdə duel olacaq və canlı ifalar edəcək. Eltac İbrahimov həmyerlilərimizdən ona yarışmada dəstək göstərmələrini xahiş edib. Bildirək ki, həmyerlimizə dəstək olmaq üçün bu dəfə “Azercell” nömrələrindən mesaj yerinə Eltac yazıb 1 səs üçün – 93228 nömrəsinə, 50 səs üçün – 93103 nömrəsinə, 100 səs üçün – 93107 nömrəsinə SMS göndərə bilərsiniz. Həmyerlimizə uğurlar arzulayırıq.

Zerdab.com