20-ci əsrin sonlarında Sovet İttifaqının süquta uğradılması nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində 20-ci əsrdəki ikinci parlaq qələbəsi idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. 17 oktyabr 2013-cü il tarixdə Zərdab rayonunda Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Axşam saatlarında şəhər mərkəzindəki Heydər Əliyev parkında keçirilən böyük bayram konserti tədbir iştirakçılarının xoş ovqatına səbəb olub.
Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektoru