Zərdab rayon İcra Hakimiyyəti 400-dən çox ailəyə Qurban payı verdi

2
50

Qurban payi-Zerdabİslam aləmində müqəddəslik rəmzi sayılan Qurban bayramı ilə bağlı Zərdab rayonunun kənd və qəsəbələrində silsilə tədbirlər keçirilib. Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, İcra Hakimiyyətinin rəhbərliyi altında 40-dan yuxarı xırdabuynuzlu heyvan kəsilərək şəhid ailələrinə, Böyük Vətən Müharibəsi Veteranlarına, Qarabağ əlillərinə, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, tənha və imkansızlara, ümumilikdə 400-dən çox ailəyə Qurban payları verilib.

16 oktyabr 2013-cü il tarixdə bayram münasibətilə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev mərasim iştirakçılarını təbrik edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söz açıb. Böyük Vətən Müharibəsi Veteranları və şəhid ailələrinin nümayəndələri çıxış edərək, dövlətimizin milli mənəvi dəyərlərimizə sadiqliyini yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Zerdab.com

  Qurban bayrami-ZerdabQurban payiQurban bayrami Qurban-Zerdab

 

2 ŞƏRH

Comments are closed.